Qehqehe ile gulmek haramdirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 130
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-01/1328076366-435.jpg

Sual: qehqehe ile gülmək uyğundurmu?
Cavab:

Təbəssüm etmək, gülər üzlü olmaq çox yaxşıdır. Peyğəmbər(s.e.s) əfəndimiz qəhqəhə ilə gülməzdi. Lakin hər kəsə gülər üz göstərər, təbəssüm edərdi. Qəhqəhə ilə gülmək məkruhdur.
Hədisi şəriflərdə buyuruldu ki: Xeyiri, yaxşılığı gözəl üzlü olanların yanında axtarın!
Mömin qardaşının yanında qaş-qabaqlı dayanana mələklər lənət edər. (Hatib)
Yaxşılığı, gözəl üzlü kəslərdən tələb edin. (Beyheki)
İmamı Qəzali həzrətləri, Əhyada, Allah qorxusundan ağlamanın fəzilətini izah edərkən: Az gülüb, çox ağlasınlar tərcüməsindəki ayəti kəriməni bildirməkdədir
Ayəti ən yaxşı anlayan Peyğəmbər(s.e.s) əfəndimiz, bu mövzuda bunları buyurmaqdadır:
Əgər Cənnət və Cəhənnəmi görsəydiniz, az gülər çox ağlardınız.( Müslim)
Çox gülmək ürəyi öldürər və möminin dəyərini salar. (Tirmizi)
Peyğəmbər əfəndimiz(s.e.s) Həzrəti Mikayılın gülməməyinin səbəbini Həzrəti Cəbrayıla sual edər. O da, (Cəhənnəm yaradıldığından bəri heç gülməmişdir) cavabını verər.(İ. Əhməd)
Bəzzar və Buxaridə bildirilir ki, Peyğəmbər(s.e.s) əfəndimiz də, təsadüfi gülənləri görüncə, (Mənim bildiyimi siz bilsəydiniz, az gülər, çox ağlardınız) və (Qurani Kərim, Cənnət və Cəhənnəmin halını bildirərkən necə belə gülərsiniz) buyurdu. Sonra bu tərcümədəki ayəti kərimələr nazil oldu:
(Qullarıma xəbər ver ki, çox bağışlayıcı və çox mərhəmətli olduğum kimi, əzabım da çox şiddətlidir.) [Hicr 49, 50]
Dörd şey, mömini gülməkdən saxlamalıdır: Axirət işləri, dolanışıq dərdi, günahların verdiyi çətinlik, müsibətlərdən gələn əzab. (Yəhya min Muaz)
Üç şey ürəyi qatılaşdırar:
1- Təəccübləndirəcək bir şey olmadan gülmək,
2- Acmadan yemək,
3- Lazımsız danışmaq.
Bu beş şeyi də düşünən insan qəhqəhə ilə gülə bilməz:
1- İşlədiyi günahları düşündükcə, narahatlıq içində olar, gülə bilməz.
2- Etdiyi yaxşı əməllərin qəbul olduğunu bilmədən, gülməsi doğru olmaz.
3- Görəsən gələcəkdə nələr edər, aqibəti necə olar deyə düşünən kimsə, narahatlıq içində olar.
4- Cənnət və Cəhənnəmdən hansına gedəcəyini bilməyənin kədərlənməsi lazımdır.
5- Görəsən, Allahu Təala özündən razımı, yoxsa özünə incikmi? Bunları düşünən, qəhqəhə ilə necə gülə bilər? (Tənbeh-ül-qafilin)
Cəhənnəm gülüb oynama yeri deyil, zalımların, xainlərin şiddətli əzab görəcəkləri bir cəza yeridir. Cəhənnəm o qədər qorxunc bir yerdir ki günahsız olan mələklər belə, onun dəhşətindən qorxarlar. Peyğəmbər(s.e.s) əfəndimiz, Cəbrayıl əleyhissalamı çox kədərli görüncə səbəbini soruşar. O da, (Cəhənnəmin elə qızğın bir şiddətini gördüm ki, onun təsirindən hələ özümə gələ bilmədim) deyə cavab verər. (Tabərani)

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 7 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri