Peyğəmbərin ən çox sevdiyi paltar

Müəllif: my_angel
Şərhlər:
Baxılıb: 974
Paylaş:
Səs ver:
(səs: 3)
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin, ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən xeyirlisidir.” 
Peyğəmbər bunu deməklə ümmətini ağ rəngdə libas geyinməyə rəğbətləndirər, özü də ağ rəngdə libas geyinərdi. Əbu Zərr demişdir: "Bir dəfə mən Peyğəmbərin yanına gəldim. Onun əynində ağ libas var idi” (Səhih əl-Buxari, 5827).
Digər rənglərə nisbətən ağ geyimdə çirk daha tez gözə çarpır və bu çirki təmizlədikdə libas daha təmiz və daha gözəl görünür. 
Həmçinin, rəvayət edilir ki, Aişə demişdir: "Bir səhər Rəsulullah evindən çıxarkən onun əynində qara yundan, üzərində də bəzək olan bir bürüncək var idi.”
Bu hədis dəlalət edir ki, həm qara rəngdə olan, həm yundan hazırlanmış, həm də üzərinə bəzək salınmış libası geyinmək olar. Ümumiyyətlə, İslam şəriətinin qadağan etmədiyi istənilən libası geyinməyə icazə verilir. Peyğəmbər demişdir: "İsrafa yol vermədən (həddi aşmadan) və təkəbbürlük göstərmədən yeyin, için, sədəqə verin və istədiyiniz geyimi geyinin” (Sunən İbn Macə, 23).

Peyğəmbərin ən çox sevdiyi paltar
Ummu Sələmə demişdir: "Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar köynək idi.” (Tirmizi, 1762).
Burada "köynək” dedikdə, baş və ayaqlar istisna olmaqla bədənin hər yerini örtən, iki qoldan və yaxalıqdan ibarət, pambıqdan və ya buna bənzər bədəni narahat etməyən parçadan hazırlanmış geyim nəzərdə tutulur.
Ənəs ibn Malik demişdir: "Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar hibərə idi.” (əl-Buxari, 5813).
Hibərə pambıqdan və ya bəzəkli kətandan hazırlanan Yəmən bürüncəyidir.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 974
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv