Kobud xasiyyətli adam üçün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 216
Səs ver:
(səs: 1)
Ayətullah Həsənzadə Amuli nəql edir: "Mən Qazinin ürfan üzrə tələbəsi olan Seyyid Muhəmməd Həsənə dəfələrlə demişdim ki, nə zaman ağanın xidmətinə getsə, mənim də İmam Zamanın (ə.f) yanına getməyim üçün xahiş etsin. Mənim üçün də görüşməyə icazə alsın.

Bir gün Aməl şəhərində zöhrdən sonra istirahət edirdim. Uşaqlar çox səs-küy salırdılar. Mənim istirahət etməyimə mane oldular. Mən əsəbləşib, onlarla kobud danışdım. Bir müddət sonra rəftarımdan peşman oldum.
Uşaqları incitdiyim üçün vicdanım əzab çəkdi. Əsr vaxtı olan zaman bazara getdim və onlar üçün meyvə və şirniyyat aldım. Evə gətirdim ki, bəlkə bu yolla məni bağışlayarlar. Buna baxmayaraq, vicdanım yenə də rahat deyildi.
Qərara aldım ki, Təbrizə gedim və mərhum Seyyidlə görüşəm. Onun xidmətinə getdim və səfərimin səbəbini deməmişdən əvvəl, mənə buyurdu: "Mən bu haqda sizə məktub yazmışam. Sizin ünvanınızı bilmədiyim üçün məktubu filankəs ağaya göndərmişəm ki, sizə çatdırsın. Həmin məktubda yazmışam ki, sizin xahişinizi Mövlaya (ə.f) deyən zaman bir qədər dayandı. Sonra narahat şəkildə buyurdu: "O, bu yolu belə əxlaqla necə getmək istəyir ki, ailəsinə və uşaqlarına qarşı göstərir, onlarla dava edir? Bu tünd xasiyyətlə belə məqama necə çatmaq olar ki?"".
Bəli, salik gərək ayıq və diqqətli olsun. Öz bədən üzvlərini kontrolu altında saxlaya bilsin".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri