Quranın azəricə tərcüməsi - Ər rəhman surəsi

Müəllif: my_angel
Şərhlər:
Baxılıb: 645
Paylaş:
Səs ver:
(səs: 0)
"Mərhəmətli (ər rəhman)" surəsi, 78 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Mərhəmətli Allah

2. Quranı öyrətdi.

3. İnsanı yaratdı,

4. ona danışmağı öyrətdi.

5. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

6. Otlar da, ağaclar da səcdə edir.

7. Allah göyü ucaltdı və tərəzini qoydu ki,

8. çəkidə həddi aşmayasınız.

9. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

10. O, yeri məxluqat üçün döşədi.

11. Orada meyvələr və salxımlı xurma ağacları vardır.

12. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.

13. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

14. O, insanı saxsı kimi quru gildən yaratdı,

15. cinləri də təmiz oddan yaratdı.

16. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

17. Allah iki məşriqin və iki məğribin Rəbbidir.

18. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

19. O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.

20. Onların arasında maneə vardır, onu keçə bilməzlər.

21. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

22. Onlardan mirvari və mərcan çıxır.

23. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

24. Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.

25. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

26. Yer üzündə olan hər kəs ölümə məhkumdur.

27. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.

28. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

29. Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir.

30. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

31. Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq.

32. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

33. Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.

34. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

35. Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

36. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

37. Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

38. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

39. O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.

40. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

41. Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

42. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

43. Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!

44. Onlar onunla qaynar su arasında dolanacaqlar.

45. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

46. Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.

47. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

48. İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.

49. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

50. İkisində də iki axar bulaq vardır.

51. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

52. İkisində də hər meyvədən qoşa-qoşa vardır.

53. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

54. Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

55. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

56. Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

57. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

58. Onlar sanki yaqut və mərcandırlar.

59. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

60. Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?

61. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

62. Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.

63. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

64. Hər ikisi tünd yaşıldır.

65. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

66. İkisində də fəvvarə vuran iki bulaq vardır.

67. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

68. İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır.

69. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

70. Orada xoş xasiyyətli, gözəl qızlar vardır.

71. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

72. Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.

73. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

74. Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

75. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

76. Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.

77. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

78. Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 645
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv