Quranın azəricə tərcüməsi - Əl muddəsir surəsi

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 454
Paylaş:
Səs ver:
(səs: 2)
"Örtünmüş (əl muddəsir)" surəsi, 56 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Ey libasına bürünüb örtünmüş peyğəmbər!

2. Qalx və insanları xəbərdar et!

3. Təkcə Rəbbini uca tut!

4. Geyimini təmiz saxla!

5. Pis şeyləri tərk et!

6. Yaxşılığı təmənna məqsədilə etmə!

7. Rəbbin üçün səbir et!

8. Sur üfürülərkən –

9. Çətin bir gün olacaq.

10. Həmin gün kafirlərə asan olmayacaqdır.

11. Məni yaratdığım kimsə ilə tək burax,

12. Mən ona bolluca var-dövlət bağışladım,

13. qayğısına qalan oğullar verdim

14. və onu hər cür imkanlarla təmin etdim.

15. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.

16. Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.

17. Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.

18. Çünki o, fikirləşərək qərara gəldi.

19. Ona ölüm olsun! Necə qərara gəldi?

20. Sonra yenə ona ölüm olsun! Gör necə qərara gəldi?

21. Sonra o nəzər saldı.

22. Üz-gözünü turşudub qaşqabağını tökdü.

23. Sonra da arxasını çevirib təkəbbür göstərdi

24. və dedi: "Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!

25. Bu, adi insan kəlamıdır!

26. Mən onu Səqərə salacağam.

27. Sən haradan biləsən ki, Səqər nədir?!

28. O, kimsəni sağ-salamat buraxmaz,

29. dərini yandırıb-yaxar.

30. Onun üzərində on doqquz gözətçi mələk vardır.

31. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: "Allah bu məsəllə nə demək istəyir?"– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.

32. Xeyr! And olsun aya!

33. And olsun dönüb uzaqlaşan gecəyə!

34. And olsun ağarmaqda olan sübh çağına!

35. Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir,

36. həm bəşəriyyət üçün xəbərdarlıqdır,

37. həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.

38. Hər bir kəs qazandığının girovuna çevrilir,

39. sağ tərəf sahiblərindən başqa.

40. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –

41. günahkarlar barəsində.

42. Sizi Səqərə salan nədir?

43. Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik.

44. Kasıbı da yedizdirməzdik.

45. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,

46. və Haqq-hesab gününü yalan hesab edərdik –

47. ölüm yəqinliyi bizə gələnə qədər".

48. Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.

49. Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?

50. Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,

51. ovçulardan (yaxud aslandan) qaçırlar.

52. Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir.

53. Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.

54. Xeyr! Bu Quran bir nəsihətdir.

55. İstəyən onu xatırlayar.

56. Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!

loading...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 454
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Allah razi olsun
25 mart 2016 18:20
8
Offline
vipbetul
Rebbim biz qullarini Cennet ehlinden etsin Amin insallah
12 mart 2016 16:39
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
tewekurler cox sagolun
12 mart 2016 11:57
6
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
arzum-aysum
Sitat: Dosta_inam
Allah özü qorusun bizləri cəhənnəm əzabından, Amin inşaAllah.

amin baci amin
12 mart 2016 10:10
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
ɢüмüş
Tewekkur bele deyerli xeber ucun. my_angel xanim
12 mart 2016 10:07
4
Offline
Totu
Sitat: Dosta_inam
Allah özü qorusun bizləri cəhənnəm əzabından, Amin inşaAllah.

Amin...
12 mart 2016 09:47
3
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
Dosta_inam
Allah özü qorusun bizləri cəhənnəm əzabından, Amin inşaAllah.
12 mart 2016 05:30
2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Fi-Ra
Allah bizi Səqərə salınanlardan etməsin amin
12 mart 2016 01:33
1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv