Özünü dəyərli tut, sən məxluqat içində üstünsən

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 1 991
Səs ver:
(səs: 2)
Quranın nazil olan ilk ayələri istər xitab, istərsə də məzmun baxımından insandan bəhs edir (əl-Ələq, 96/1-5). Yəni Uca Allahın xitab etdiyi varlıqların başında "ən gözəl biçimdə” yaratdığı və "məxluqatın ən şərəflisi” (əl-İsra, 17/70) deyə xarakterizə etdiyi insan gəlir. Bəlkə də insan bu xüsusiyyəti səbəbilə dağların, daşların yüklənməkdən qorxub çəkindiyi "əmanət” yükü ilə yüklənmiş və məsuliyyət sahibi olmuşdur (əl-Əhzab, 33/72-73). Allah insanı öz kefinə yaşamaq üçün (əl-Qiyamə, 75/36) və "boş yerə” yaratmamış (əl-Muminun, 23/115), məsuliyyətin zəruri nəticəsi olaraq, onu yer üzünün "xəlifəsi” etmişdir (əl-Ənam, 6/165; əl-Bəqərə, 2/30; Sad, 38/26; əl-Əraf, 7/69; ən-Nəml, 27/62). Öz əli ilə yaratdığı (Sad, 38/75) insanı müəyyən bir mərhələdən sonra "ilahi ruh” (əl- Hicr, 15/29; Sad, 38/72) ilə şərəfləndirmişdir.

Mövzumuz olan insan bax beləcə dəyərli varlıqdır. Allah tərəfindən təbiətdə mövcud olan hər şey önəmli bir varlıq olan insana tabe edilmiş (Loğman,31/20; ən-Nəhl, 16/12) və onun xidmətinə verilmişdir (əl-Həcc, 22/36-37, 65; əl- Casiyə, 45/12; ibrahim, 14/32-33; Loğman, 31/20). Bunun müqabilində insan da bütün bu nemətlərin təbii bir nəticəsi olaraq, ibadət və itaətini Allaha həsr edəcək, beləcə, Onun dərgahında dəyər qazanaraq, (əl-Furqan, 25/77) yaradılış qayəsinə uyğun davranacaqdır (əz-Zariyat, 51/16,56; Hicr,15/99).

Təsəvvüf əhli tərəfindən insan "aləmi-əsğər” (mikro-kosmos, kiçik aləm), yəni aləmin ruhu və səbəbi olaraq qəbul edilir. Həmçinin insan varlıq aləminin bütün ünsürlərinə malik olduğu üçün "aləmi-suğra” (kiçik aləm) deyə adlandırılmışdır. Həzrəti Əlinin "Sən güman edirsən ki, kiçik bir varlıqsan. Halbuki ən böyük bir aləm səndə yerləşmişdir”.

Osmanlının tanınmış seir-sənət adamlarından olan Şeyx Qalibin (ö. 1214/1799)

"Hoşça bak zâtına kim zübde-i âlemsin sen,

Merdüme-i dlde-i ekvân olan âdemsin sen!”

sözləri Həzrəti Əlinin (ə) yuxarıda sitat gətirdiyimiz o möhtəşəm sözündən alınmış bir qədəh ilham kimidir. Şair bu iki misrada insanın nə qədər böyük və dəyərli varlıq olduğunu bir daha diqqət önünə çıxarır və deyir: Özünü dəyərli tut, sən məxluqat içində üstünsən, külli yaradılmışların, aləmin kiçildilmiş şəklisən, mündəricatısan. Sən məxluqatın gözünün didəsi, nuru olan adəmsən və ətrafında gördüyün hər şey sənin üçün yaradılıb. Həzrəti Əli (ə) kimi uca şəxsiyyət də, Şeyx Qalib də, təsəvvüf alimləri də eyni düşüncəni aşılamışlar, insan olmağın bir üstünlük, eyni zamanda da böyük bir məsuliyyət olduğunu hər zaman ən gözəl şəkildə ifadə etmişlər.

Elə isə çox mühüm bir sualla qarşı-qarşıyayıq: Bu cür üstün məziyyətlərlə yaradılmış, yüksək keyfiyyətlər daşıyan, dəyərli bir varlıq olan insan onları necə qoruyacaq? Şübhəsiz ki, bunun yolu Allahın əmr və qadağalarına riayət etmək, mərhəmət və ədalətlə davranmaqdır. Gözəl əxlaqa sahib olsaq, nəfsimizə hakim olub şeytana tabe olmasaq, onda başlanğıcda var olan bu gözəl xüsusiyyətlərimizin davam etməməsi üçün heç bir səbəb qalmaz. Lakin belə etməyib, nəfsimizə tabe olsaq, Allahın əmr və qadağalarına riayət etməyib, şeytanın hiylələrinə məğlub həyat tərzi keçirsək, onda bunun aqibəti xeyirli olmayacaqdır. Dövrümüzdə bunun nümunələri ilə tez-tez rastlaşırıq. Demək olar ki, hər tərəfdə aclıq, səfalət, göz yaşı və istismarın həyatı çıxılmaz vəziyyətə saldığının şahidi oluruq.

Unutmayaq ki, heç kim yaratdığı bir əsərin korlanmasına və yox olmasına razı olmaz. Başlanğıcda insanı ən gözəl biçimdə yaradan Allah da öz bəndələrinin korlanmasına razı olmaz; buna görə də onu korlayacaq təhlükəli davranışları Kitab və Peyğəmbərlər vasitəsilə bəşəriyyətə bildirmişdir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri