Quranın azəricə tərcüməsi - Əbəsə surəsi

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 2 200
Səs ver:
(səs: 0)
"Qaşqabağını tökdü ( əbəsə)" surəsi, 42 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. O qaşqabağını sallayıb üzünü yana çevirdi.

2. Yanına bir korun gəlməsinə görə.

3. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi

4. və yaxud nəsihət dinləyib faydalanacaqdı.

5. Nəsihətə ehtiyacı olmayana gəlincə isə,

6. sən ona diqqət yetirirsən.

7. Onun təmizlənməməyinin sənə bir dəxili yoxdur.

8. Səy göstərib sənin yanına gələn,

9. Allahdan qorxan kimsəyə gəlincə,

10. ona məhəl qoymursan!

11. Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.

12. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.

13. Bu Quran kəramətli səhifələrdədir,

14. yüksək və pak səhifələrdədir.

15. Bu səhifələr elçilərin əllərində,

16. möhtərəm və müti olanların əllərindədir.

17. Qoy ölsün kafir insan! O necə də nankordur!

18. Qoy baxıb görsün Allah onu nədən yaradıb?

19. Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.

20. Sonra da onun yolunu asanlaşdırdı.

21. Sonra onu öldürüb qəbirə yerləşdirdi.

22. İstədiyi bir zaman onu dirildəcəkdir.

23. Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.

24. Qoy insan yediyinə diqqət yetirsin bir az!

25. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.

26. Sonra da yeri çat-çat yarıb

27. orada taxıl yetişdiririk.

28. Habelə üzüm və yonca,

29. zeytun və xurma ağacları,

30. sıx-sıx bağlar,

31. meyvələr və otlar da bitirdik.

32. Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.

33. Qulaqbatırıcı bir səs gələndə –

34. o gün insan qaçacaq öz qardaşından,

35. anasından, atasından,

36. arvadından və övladlarından!

37. O gün onlardan hər birinin yetərincə işi olacaqdır.

38. O gün neçə-neçə üzlər parlayacaq,

39. güləcək və fərəhlənəcəkdir.

40. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,

41. onları zülmət bürüyəcəkdir.

42. Məhz onlardır kafirlər, günahkarlar!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 200
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri