Bidət nədir?

Müəllif: Menim balam
Şərhlər: 7
Baxılıb: 2 825
Səs ver:
(səs: 1)
Həzrəti-Peyğəmbər və səhabə dövründə olmadığı halda sonradan ortaya atılan və dindən olduğu iddia edilən adətlərə bidət deyilir. Bidət Qurani-Kərim və hədisi-şəriflər tərəfindən şiddətlə qınanmışdır. Ənam surəsində bu haqda belə buyurulmaqdadır: "Mənim dümdüz yolum bax budur, onu tutun, başqa yollara sapmayın ki, onlar sizi doğru yoldan ayırmasın".

Bir hədisi-şəriflərində isə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Sözün ən xeyirlisi Allahın kitabıdır, yolun ən xeyirlisi Məhəmmədin yoludur. İşlərin ən pisi sonradan çıxarılandır və hər bidət azğınlıqdır".

Son dövrlərdə bəzi zərərli adət-ənənələrin din adı altında təqdim edilməsinə şahid oluruq ki, bunların hamısı bidətdir. Məscid və qəbirıstanlarda şam yandırılması, bəzi din xadimlərinin hansısa ayini yerinə yetirmək üçün irəlicədən məbləğ təyin etməsi, imkansız birisinin ailənin boğazından kəsib, xərc-borcla ölüsünə ehsan verməsi bu işlərə aid edilə bilər. Yas məsələsinə gəldikdə onu deyək ki, Peyğəmbərimizin (s.ə.s.) zamanında yas mərasiminin yükü əsasən qonşuların boynuna düşərdi. Yəni, qonşular növbələşərək yas evinə yemək gətirər, qonaqların və hətta ev sahibinin yeyib-içmələri ilə maraqlanardılar.

Bidət ya cahillikdən törəyər, ya kafirlikdən. Əlbəttə, bu gün cəmiyyətimizdə rast gəldiyimiz bidətlərin əksəriyyəti cahilliyin təzahüründən başqa bir şey deyil.

İnsanlar bir iş görmək istəyəndə Allahın biz bəndələrindən nə istədiyini deyil, qonum-qonşunun, digər insanların nə deyəcəyini, nə düşünəcəyini əsas götürdükcə bidətlərin ardı-arası kəsilməz.

Əksər insanlar da elə bu cahil, bu zərərli və zəhərli düşüncə ilə iflasa uğrayırlar.

Neyləyirsiniz-eləyin, amma bir işə başlamazdan əvvəl görmək istədiyinizə işin Allah rizasına nə qədər uyğun olub-olmadığını düşünün, əgər çətinlik çəkirsinizsə, bilənlərdən soruşun. Bu, zərərli bidətlərdən qurtarmağın ilk addımıdır. Allah köməyimiz olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri