10-cu İmam Həzrət Əliyyən-Nəqinin (ə) xadimi nəql edir: "İmamdan (ə) cəddi İmam Rzanı (ə) ziyarət etmək üçün izn istədim və mənə buyurdu: "Özünlə üzük apar ki, qaşı sarı əqiq olsun və üzərində bu sözlər yazılsın:
Başqa bir üzüyün üstünə yazdır: "Muhəmməd (s) və Əli (ə)".
Əgər bu üzükləri özünlə aparsan, yolkəsənlərdən amanda olarsan və
dinini qoruyarsan". Xadim nəql edir ki, bazara getdim və Həzrətin (ə)
buyurduğu üzükləri aldım. Qayıdan zaman mənə buyurdu: "Ey
Safi! Gərək özünlə firuzə üzük də aparasan. Tusla Nişapurun arasında
sizə bir şir rast gələcək və karvanı getməkdən saxlayacaqdır. Sən irəli
get və üzüyü ona göstər. Ona de: "Mənim Mövlam deyir ki, yoldan uzaqlaşasan". Firuzənin bir tərəfinə اللّه الملك sözlərini yazdır və o biri tərəfinə də
الملك للّه الواحد القهار sözlərini yazdır".
İmam Əlinin (ə) üzüyünün üstündə اللّه الملك yazılmışdı. Xilafəti Həzrətə (ə) qaytaran zaman, o, üzüyünün üstünə bu sözləri yazdırır: الملك للّه الواحد القهار Qaşı firuzədən idi və bu üzük insana vəhşi heyvanlardan nicat verir və müharibədə zəfər çalmağa səbəb olur.
Safi
nəql edir ki, ziyarətə getdim və İmamın (ə) buyurduğu yerdə bir şir
bizə hücum etdi və mən İmamın (ə) buyurduğu kimi etdim və şir çıxıb
getdi.
Ziyarətdən qayıdan zaman olanları Həzrətə (ə) danışdım və Həzrət (ə) mənə buyurdu: "Bir şey qaldı ki, onu demədin". Dedim: "Yəqin ki, unutmuşam".
İmam (ə) buyurdu: "Tusda gecə vaxtı qəbrin kənarında olan zaman cinlər
qəbri ziyarət etmək üçün gəlmişdilər. Sənin əlində olan üzüyü gördülər
və üstündə olan sözləri oxudular. Onu sənin əlindən çıxartdılar və xəstələrinin yanına apardılar və o, şəfa tapdı. Üzüyü qaytardılar və
sən onu sağ əlinə taxmışdın. Onlar sənin sol əlinə taxdılar. Sən bu
işdən təəccübləndin və səbəbini bilmədin. Yanında bir yaqut gördün və
onu götürdün, indi o, sənin yanındadır. Onu bazara apar və 80 əşrəfə
sat. Bu yaqut həmin cinlərin hədiyyəsidir". Mən bu daşı bazar apardım və
onu 80 əşrəfə satdım".