Qurani-Kərim Uca Allahı bizə necə tanıdır?

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 3 650
Səs ver:
(səs: 3)
Qurani-Kərim bir çox ayələrində Allah Təalanı Onda olan və olmayan sifətlərlə bizə tanıdır.

Allahda olan sifətləri bizə tanıdan zaman buyurur:

1. "Tövhid" surəsi. "(Ya Peyğəmbər!) De: "Həqiqətən, Allah birdir. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir - mürəkkəb deyildir və ehtiyacsızdır. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil). Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır". Allah yeganə və təkdir. Bütün ehtiyac sahibləri ancaq Ona üz tutur və Ona pənah aparır".

2. Allah Qadirdir və Onun qüdrəti kimi qüdrət yoxdur. Dünyada hər kim qüdrətə sahib olar, Allah Təalanın qüdrətindən mənbələnər. "Çünki Allah hər şeyə qadirdir". ("Bəqərə" 20).

3. Allah o kəsdir ki, Öz vədəsinə əməl edər. "Allah tərəfindən bir əhd-peyman almısınız - ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz - yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!". ("Bəqərə" 80).

4. Allah kafirlərin düşməni, möminlərin dostudur. "Şübhəsiz Allah da kafirlərə düşməndir". ("Bəqərə" 98). "Bilin ki, Allah təqvalılarladır". ("Bəqərə" 194).

5. Allah yer və göyün malikidir. "Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və höküməti yalnız Allaha məxsusdur?!". ("Bəqərə" 107).

6. Allah bəndələrinə qarşı rəhimdir. "Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır". ("Bəqərə" 143).

7. Allah tövbə edənləri sevər. "Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir". ("Bəqərə" 222).

8. Allah bəsir və qeyb aləminə alimdir. "Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?". ("Tövbə" 78).

9. Quran Allahı tanımağı fitri bir məsələ hesab edir. "Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz ". ("Rum" 30).

10. Quran ibadət və pərəstişi tək olan Allaha məxsus bilir. Hər cür şirkdən çəkindirir. "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın". ("Nisa" 36).

11. Bütün varlıq aləmi Allahın iradəsi ilə idarə olunur. "Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: "Ol!" - deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona "Ol" demiş, o da olmuşdur". ("Yasin" 82).

Allahda olmayan sifətləri bəyan edər.

1. Allahın cismi və zamanı yoxdur. "Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır". ("Bəqərə" 115).

2. Allah ehtiyacsızdır. "Çünki Allah heç nəyə möhtac deyil". ("Mumtəhənə" 6).

3. Onun şəriki yoxdur. "O, qoşulan şəriklərdən pak (və uzaq)dır". ("Tövbə" 31).
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri