Toy gününün əməlləri

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 2206
Paylaş:
Səs ver:
(səs: 8)
Toy münasibəti ilə ziyafət vermək dinimizdə müstəhəb sayılır. Hədislərdə buyurulur ki, beş münasibətlə ziyafət (qonaqlıq) verilər: toy zamanı, övlad doğulan zaman, oğlu sünnət etdirəndə, təzə evə köçəndə və həcc ziyarətindən qayıdanda.

Toy məclisi şəriət qaydalarına zidd olmamalıdır. Toya kimlərin dəvət olunması, musiqi və əyləncənin dərəcəsi, yeməklərin halallığı, yemək süfrəsində israfa yol verilməməsi və sairə kimi məsələlər də çox mühümdür ki, indi bunlara toxunmur və bu məsələləri məqalənin növbəti bölümlərinə saxlayırıq.

Hər şeydən əvvəl, zifaf zamanı (toy gecəsində) tərəflərin sakit, aram və səmimi əhval-ruhiyyəni təmin etmələri çox vacib şərtdir. Bəylə gəlinin bir-birinin xoşuna gələcək tərzdə geyinmələri, şəxsi gigiyena qaydalarına riayət etmələri də mühümdür. Həmin gün yarana biləcək psixoloji narahatlıqları Allaha daha çox dua etməklə, Allahın gözəl adlarını zikr etmək və Ona təvəkkül etməklə çözmək mümkündür.

Zifafdan əvvəl bəylə gəlinin hər ikisinin dəstəmaz alması və iki rükət namaz qılması müstəhəbdir. Namaz Allaha şükr niyyəti ilə qılınır. Namazdan sonra oğlan Allaha həmd edib, Mühəmmədə və Ali-Mühəmmədə (s) salavat söyləsin, sonra belə dua etsin: "Allahüm-mərzuqni ilfəha və vüddəha və rizaha vərzini biha. Vəcmə beynəna bi-əhsəni ictimain və əysəri i’tilaf. Fəinnəkə tühibbül-həlalə və tükrihül-həram”. Tərcüməsi: "İlahi, bunun (yəni həyat yoldaşımın) ülfətini, sevgisini və razılığını mənə nəsib et, məni də ondan razı et. Bizi ən gözəl birliklə və ən rahat ünsiyyətlə birləşdir. Həqiqətən, Sən halalı sevir, harama nifrət edirsən”.

İmam Cəfər Sadiq (ə) tövsiyə edirdi ki, gəlini bəyin yanına gətirəndən sonra bəy əlini gəlinin alnına qoyub üzü qibləyə dursun və bu duanı söyləsin: "Allahümmə bi-əmanətikə əxəztüha və bi-kəlimatikə əstəhləltü fərciha. Fəin qəzəytə li minha vələdən fəc’əlhü mübarəkən səviyya. Və la təc’əl liş-şeytani fihi şirkən və la nəsiba”. Tərcüməsi: "Allahım, Sənin əmanətinlə (yəni kəbinlə) bu qızı aldım, Sənin kəlmələrinlə (yəni Qurandakı kəbin əmri ilə) onu özümə halal etdim. Əgər mənim qismətimə bu qızdan övlad yazmısansa, onu mübarək və sağlam et, şeytanı onun nütfəsində şərik etmə”.

Əbu Səid Xüdri rəvayət edib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) belə vəsiyyət etmişdi: "Gəlini sənin yanına gətirəndən sonra onu otuzdurub ayaqqabılarını ayağından çıxart, ləyən gətirib gəlinin ayaqlarını yu. Sonra həmin suyu evin qapısından çölə səp. Əgər belə etsən, Allah sənin evindən kasıblığın yetmiş min dərəcəsini uzaqlaşdırar, varlılığın (ehtiyacsızlığın) və bərəkətin yetmiş min dərəcəsini evə daxil edər. Sənə və gəlinə yetmiş min dərəcə mərhəmət nazil edər ki, bu mərhəmət evin hər guşəsini bürüyər. Nə qədər ki gəlin bu evdədir, ağıl pozğunluğu, cüzam və bərəs (ağ ləkələr, dəri piqmenti) xəstəliklərindən amanda qalar”.

Həmçinin, Peyğəmbər Həzrət Əliyə vəsiyyət etmişdi ki, təzə gəlinə bir həftə ərzində süd məhsulları, sirkə, keşniş və turş alma yedizdirməsinlər. Çünki bu yeməklər gəlinin rəhmini (bətnini) bağlayar və onu sonsuz edə bilər.

loading...
(səs: 8)
Şərhlər:
Baxılıb: 2206
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

Qadın testləri

Aylıq arxiv