Mövlanədən ibrətamiz misal

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 303
Səs ver:
(səs: 1)
Xoş o şəxsin halına ki, yetgin ağlı var...

Xurafat, qondarma və düz olmayan mətləbləri düz və səhih mövzulardan ayırmaq barədə Mövlanə Cəlaləddin Ruminin bir gözəl, hikmətli, əlbəttə bir az da pərdəsiz bir misalı vardır ki, onu nəql edirik:

Mövlanə deyir ki, itin qabağına bir tikə yemək atanda, çarəsiz, onu birbaşa yemir. Əvvəlcə onu iyləyərək öz zövqünə uyğun və zərərli olub-olmamasını yoxlayır.
İnsan da bir məsələni eşitdiyi zaman onu ağlın-düşüncənin gücü ilə iyləməli, ağıl saflığından keçirməli, ağıla və şəriətə uyğun olub-olmamasını müəyyən etməli, "onun həqiqəti varmı və ya yoxmu" deyə düşünməlidir.

İtə bir tikəni atsalar əgər,
Əvvəlcə iyləyər sonradan yeyər.
İt burunla iylər, insan ağılla,
Saf-çürük eyləyər insan ağılla.

Ustad Həsənzadə Amulilin dili ilə desək, "İlahi! Birinin güclü yaddaşı var, digərinin güclü həzm etməyi (yeməyi)! Xoş o şəxsin halına ki, yetgin ağlı var!".
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri