Əməllərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 148
Səs ver:
(səs: 2)
Mərhum Əllamə Məclisi din və məzhəbə çox böyük xidmətlər göstərmiş şəxsiyyətdir.
Alimin vəfatından sonra yaxınlarından biri onu yuxuda görüb soruşur ki, köməyinizə hansı əməl çatdı?
Əllamə Məclisi belə cavab verir: "Əməllərimin heç biri gözlədiyim nəticəni vermədi. Sorğu zamanı mə'lum oldu ki, bütün əməllərim nöqsanlıdır.
Amma bir iş karıma gəldi. Bir gün əlimdə alma küçədən keçərkən qucağında körpə uşaq bir qadınla üz–üzə gəldim. Qadın mənim bərabərimə çatanda uşaq əlini almaya uzatdı.
Ana dərhal uşağının əlindən tutub çəkdi. Mən uşağı sevindirmək üçün almanı ona verdim.
Bir ömür gördüyüm işlər arasında yalnız bu iş xalis çıxdı. Bu işə görə aldığım savab bütün savabları üstələdi. Yazdığım kitabların nöqsanı bu oldu ki, kitabların üstündə adım yazılmışdı.
Bu adı görənlər ünvanıma tə'rif yağdırmışdılar. Amma doğrudan da almanı uşağa verəndə yalnız Allaha xatir onun qəlbini sevindirmək istəmişdim".
Bəli, Allah qarşısında ən qiymətli şey ixlas, saf niyyətdir. Allah öz bəndələrini riyakar, saxtakar görmək istəmir. Allah yalnız saf niyyətli əməlləri qəbul edir və yarı Ona, yarı başqasına görə olan əməldə öz payını qaytarır. Allah əməlin böyük–kiçikliyinə yox, hansı niyyətlə yerinə yetirildiyinə baxır. Əməlin ruhu niyyətdir. İnsan heç zaman öz ibadətləri və digər saleh işləri ilə öyünməməlidir. Çünki bu əməllərdə gizli riya olarsa, nəticədə əlimiz boş qala bilər!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri