Cənazəni tez dəfn edin

Şərhlər: 4
Baxılıb: 712
Paylaş:
Səs ver:
(səs: 2)
Əbu Hureyrə (s.a.v) Peyğəmbərin (s.a.v) belə buyurduğunu söyləmişdir: "Cənazəni tez dəfn edin. Əgər saleh bəndədirsə, onu xeyrə çatdırar, yox əgər belə deyilsə, çiyninizdən şəri atmış olarsınız.” Buxari və Müslim rəvayət etmişdir. ( Buxari: Cənazələr ? 1252. Müslim: Cənazələr ? 944. Tirmizi: Cənazələr ? 1015. Nəsai: Cənazələr ? 1910. Əbu Davud: Cənazələr ? 3181. İbn Macə Cənazələr barəsində varid olanlar ? 1477. Əhməd: 2/240. Malik: Cənazələr ? 574. )

Bu hədis özündə üsul (əsas) və ikinci dərəcəli məsələləri ehtiva edir. 
"Cənazəni tez dəfn edin” sözləri onun yuyulmasını, kəfənlənməsini, daşınmasını, dəfn olunmasını və bütün hazırlıq işlərini şamil edir. Buna görə də həmin işlər hamıya vacib deyildir. Yalnız dəfni gecikdirmək daha məsləhətli olarsa, istisna hal kimi qəbul olunar. Məsələn, qəfləti ölüm zamanı bir müddət gecikdirilə bilər ki, onun ölməsi dəqiqləşsin. Həmçinin çox adamın gəlişi, haqq sahibi olan qohumun və başqalarının iştirakı cənazənin gec dəfninə səbəb ola bilər. Vəfat etmiş şəxsi daha xeyirli nemətə çatdırmaq, yaxud sağ adamı şərdən uzaqlaşdırmaq üçün məsləhət dəfni tezləşdirmək məsləhət görülmüşdür.

Əgər vəfat etmiş şəxsin dəfni üçün hazırlıq işlərinin tezləşdirilməsi əmr edilirsə, onun borc və haqlar ilə bağlı işləri daha sürətli həll edilməlidir. Çünki onun bu məsələlərin həllinə daha çox ehtiyacı var.
Hədisdə bir müsəlmanın digərinin işlərinə həm sağlığında, həm də vəfatından sonra qayğı ilə yanaşmasına, dini və dünyəvi xeyri ona çatdırmasına təşviq edilir. Hədisdə həmçinin şərə səbəb olan əməllərdən və günahkarlardan uzaqlaşmağa təşviq olunur.

Hədisdə bərzəx ( Bərzəx: İnsanın ölümündən sonra qiyamətə qədər yaşadığı qeyb aləm.) həyatının nemətləri və əzabı öz sübutunu tapmışdır. Bu barədə Peyğəmbərdən  çoxsaylı rəvayətlər varid olmuşdur. İnsanın qəbirə qoyulub dəfn edilməsi bu işin başlanğıcı sayılır. Buna görə də dəfn edilən vaxt qəbirin yanında dayanıb ölüyə dua etmək, onun üçün bağışlanma diləmək və Allahdan ona sabitlik istəmək lazımdır.

Hədisdə həmçinin bərzəx həyatında nemət və ya əzaba səbəb olan məsələlərə toxunulur. Qeyd olunur ki, nemətə səbəb salehlikdir. Çünki Peyğəmbər  buyurur: "Əgər saleh olarsa...” Salehlik sözü Allahı və Onun Peyğəmbərini təsdiqləməyi, Onlara itaət etməyi əhatə edən geniş mənalı sözdür. Şəriətin söylədiklərini təsdiqləmək, əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək salehlikdir. Əzaba düçar olmağın səbəbi isə salehlikdə nöqsanlı olmaqdır. Bu ya dinə şəkk-şübhə ilə yanaşmaqla, yaxud haram iş görməyə cürət etməklə, ya da vacibləri tərk etməklə baş verir. Hədis və rəvayətlərdə vurğulanan əzaba layiq görülən bütün səbəblər də bura aiddir. Buna görə də uca Allah buyurur: "Ora ancaq azğın (kafir) daxil olar. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!” (Leyl: 15, 16). O, şəriətin söylədiklərini yalan hesab etdi və əmrlərdən üz çevirdi.

loading...
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 712
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
her bir Musulmanin bilmesi vagib olan emellerdendir
17 mart 2016 22:33
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
S.Heydarova
maragli melumetdir
17 mart 2016 21:46
3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
Barbaris
cox tewekurler xebere gore
17 mart 2016 20:23
2
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Totu
tesekkurler xebere gore
17 mart 2016 19:29
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv