Dinsizliyin gətirdiyi bəlalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 962
Səs ver:
(səs: 4)
Dinsizliyin gətirdiyi bəlalardan qısa olaraq yazmaq istədim. Allaha səmimi iman gətirən insanlar bütün həyatları boyu Allahın onlara göstərdiyi yola tabe olurlar. Onun əmrlərinə, hökmlərinə diqqətlə yanaşır, ömürlərini Rəbbimizin rizasını qazanmaq üçün keçirirlər. Bunun üçün də Allahın insanlar üçün seçib-bəyəndiyi din olan İslama uyğun yaşayır və Quranı özlərinə rəhbər tuturlar. Yüksək vicdanlarına görə Allahın onlardan istədiyi və bir çox ayəsində nümunə göstərdiyi gözəl əxlaqı bütün həyatlarında əks etdirirlər. Əsla Rəbbimizin hökmlərindən kənara çıxmaz, qadağalarına etinasız yanaşmazlar.
Lakin, Allahın varlığını israrla inkar edən, inkar etməsə də, Onun göndərdiyi dinə təslim olmağı qəbul etməyən bəzi insanlar isə əsla bu gözəl əxlaqa uyğun yaşamazlar. Quran əxlaqının tələb etdiyi yaxşılıqları heç vaxt etməzlər. Buna görə, din əxlaqına uyğun yaşamayan insanlar hər cür əxlaqsızlığı, çirkin hərəkəti qorxmadan, sonunu düşünmədən edirlər.
Allah qorxusu olmayan insan rahatlıqla yalan söyləyir, oğurluq edir, rüşvət alır, adam öldürür, özünə qəsd edir, qumar oynayır, insanların hüquqlarını tapdalayır, ədalətsizlik edir. Bunları ya açıq-aşkar, ya da özünə görə əsaslandıraraq edir. Qəzəbini boğmur, kinlidir, həsəd aparır, insanları incidən sözləri rahatlıqla deyir, öz mənfəətlərini hər şeydən üstün tutur. Bu insanların arasından: "Mən dindar deyiləm, ancaq pis insan da deyiləm, qəzəblənmirəm də”, – deyənlər çıxa bilər. Ancaq bu insan gün gələr, onu özündən çıxaran hadisə ilə qarşılaşar, Allaha təvəkkülü olmadığı üçün qəzəblənər və şəxsinə yaraşdırmadığı hər cür pisliyi etmək üçün özünə haqq verə bilər. Hətta adam öldürər, arxasınca: "Buna layiq idi”, – deyə bilər. Bu, Allahdan qoxub-çəkinən insana əsla xas olmayan nəticədir. Çünki inanclı insan səbirlidir və Allah’ın qadağan etdiyi şeyi etməz. Buna görə, qəzəbini cilovlayar.
İnancsız insan: "Mən dinsizəm, ancaq rüşvət almıram, dürüstəm”, – deyə bilər. Ancaq bu, sadəcə bir iddiadır. Çünki Allahdan qorxub çəkinməyən insan çətinliyə düşdükdə hər cür pisliyi asanlıqla edir. Məsələn, "uşaqlarımı oxutmaq üçün rüşvət aldım” kimi özünə görə doğru olan bəhanə uydurur. Halbuki, dindar insan belə bir şeyi əsla etməz. Allahdan qorxub-çəkinən insan axirətdə hesabını verə bilməyəcəyi hərəkətdən çəkinər.
Oğurluq da bu qeyri-səmimi davranışa yaxşı misaldır. Oğurluq kimi cəmiyyətdə cinayət hesab edilən hərəkət belə bu insanlar arasında bəzi şərtlər altında normal görünür. Məsələn, otellərdən, kafelərdən götürülən dəsmal, çəngəl-bıçaq kimi əşyalar oğurluq hesab edilməz. Halbuki, din əxlaqına görə bu, hər cür halda əxlaqsızlıqdır.
Dinsizliyin gətirdiyi pis əxlaq, hər şeydən əvvəl, insanların rahatlığını pozur, qəlblərində böyük sıxıntı əmələ gətirir. Məsələn, həsəd aparan və buna görə ətrafına pislik edən insanın qəzəbi, çəkdiyi vicdan əzabı və həsədin qəlbinə mənfi təsiri çox sıxıntı verir. İnsanın həsəd apardığından çox vaxt qarşı tərəfin heç xəbəri olmaz, olsa da, bundan zərər görməz. Ona görə, insan həsəd apardıqda ancaq özü vicdan əzabı çəkir və qəzəblənir. Bu da dinsizliyin insanda meydana gətirdiyi sıxıntılı əhvaldır.
Dinsizliyin gətirdiyi pis əxlaq, hər şeydən əvvəl, insanların rahatlığını pozur, qəlblərində böyük sıxıntı əmələ gətirir. Məsələn, həsəd aparan və buna görə ətrafına pislik edən insanın qəzəbi, çəkdiyi vicdan əzabı və həsədin qəlbinə mənfi təsiri çox sıxıntı verir. İnsanın həsəd apardığından çox vaxt qarşı tərəfin heç xəbəri olmaz, olsa da, bundan zərər görməz. Ona görə, insan həsəd apardıqda ancaq özü vicdan əzabı çəkir və qəzəblənir. Bu da dinsizliyin insanda meydana gətirdiyi sıxıntılı əhvaldır.
Mərhəmət, sevgi və fədakarlıq üzərində qurulan, Quran əxlaqına əsaslanan ailələr bir cəmiyyətin gələcəyi və rahatlığı baxımından həyati əhəmiyyət daşıyır. Ancaq bu dəyərlərin aradan qalxdığı dinsiz mühitdə cəmiyyətin əsas dirəyi olan ailə pozularsa, millət də pozular. Qurana tabe olmaqla əldə edilən bu rahat mühiti təmin etmək ancaq insanların Allah inancı və Allah qorxusu ilə mümkündür. Bunlar qəti, açıq-aşkar həqiqətlərdir.
Elə isə, dinsilzliyin cəmiyyətin gözəl, insanpərvər duyğularını məhv etdiyini düşünüb bundan dərs çıxarın və Allah’ın hökmünə təslim olmayan insanların dünyada da, axirətdə də çətinlik və peşmançılıq içində yaşayacaqlarına əsla etinasız yanaşmayın.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 1 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri