Bitməyən dərdlər deyil, savablardır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 281
Səs ver:
(səs: 5)
Dünyadakı heç bir şey mükəmməl deyil. Bunu gözləmək də dogru davranış deyil. Axtardığımız qüsursuz həyat ancaq axirətdəki həyatdır. Heç vaxt unutmamalıyıq ki, dünya imtahan yeridir.
Dünya həyatı imtahan yeri olduğuna görə insan daima sıxıntılar və çətinliklərlə qarşılaşacaq. Amma bütün bu sıxıntılara üsyanla, kədərlə deyil, savablar silsiləsi ilə qarşılaşdığını bilərək davranacaq. Qarşılaşdığımız sıxıntılar xüsusi bir planla xırda detalları ilə qarşımıza çıxacaq. Və imtahanın vaxtı gələndə o an əmr olunduğumuz yerdə əmr olunduğumuz şeyləri edəcəyik. Yəni hər bir insan öz qədərini yaşayacaq. İnsan nə edirsə-etsin, nələrdən qaçırsa-qaçsın, hansı tədbirləri alırsa-alsın yeri və zamanı gələndə qədərində hansı sözü demək, hansı addımı atmaq yazılıbsa, onu da edər və etdikləri ilə imtahan olunar. Elə imtahanın sirri də burdadır. İnsan öz qədərini yaşayarkən imtahanın tələbi olaraq bütün bunları özü planlayırmış kimi hiss edər. Əslində hər şey Allah tərəfindən planlanan qədər üzrədir. Önəmli olan şey vaxtı gələndə insanın necə davranmasıdır. Vicdanına uyub, təvəkkül edib səbirli olacaq, yoxsa kədərlənərək Allaha üsyan edəcək?
İnsanın ən böyük səhvlərindən biri də, belə etməsəydim bunlar olmazdı, evdən çıxmasaydım bunlar başıma gəlməzdi kimi düşüncələrə qapılmasıdır. Həyatımızda başımıza gələn hər şey qədərimizdə yazılıdır və bunlardan qaça bilmərik. Əlbəttə ki, ağılnan, vicdanla Allahın razılığını qazanmaq üçün lazım olan tədbirləri almalıyıq. Başımıza nə gəlirsə-gəlsin, Allaha təvəkkül edib, səbirli davranıb, Allaha dua edərək ona yönəlməliyik.
Bir insanın imtahanı həyatının sonuna qədər davam edəcək. Yəni 80 il yaşasa, 80-cı ilin son gününə qədər Allaha qarşı məsuliyyəti davam edəcək.
Hər hansı bir sıxıntı, çətinliklə qarşılaşanda səbirli olmağın, təvəkkül etməyin, Allaha yönələrək dua etməyin zamanıdır deyib, Allahın bizim savab qazanmağımız üçün yaratdığı o anlarda Qurana uyğun şəkildə hərəkət etməliyik.
Və bütün bunları nəticəsini axirətdə "Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur" (Nəhl surəsi, 99) ayəsində bildirildiyi kimi, Allaha təslim olan, Allahı sevən, bütün sıxıntıları yaradanın Allah olduğunu bilən insanın qarşılaşdığı bu sıxıntıların əslində bizim sonsuz xoşbəxtliyimiz üçün bir vasitə olduğunu görəcəyik…
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 2 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri