Allah bəndəsini qoruyan əməllər (Vəsvəsə və şübhələrdən qorunma)

Şərhlər: 3
Baxılıb: 2 319
Səs ver:
(səs: 2)
Aişə (r.a) -dən rəvayet olunur ki Allah rəsulu (s.a.v) buyurmuşdur: "Bir kimsəyə vəsvəsə gəlsə "Mən Allaha və Onun rəsuluma iman gətirdim” desin. Həqiqətən bu onu vəsəvələrdən qoruyar”. 
آمَنْتُ بِاللهِ وَرَسُولِهِ
/Əməntu bi-Lləhi və rəsulihi/.

(Əhməd, 6/258. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir. Bax "Əs-silsilə əs-səhihə”, 116. )

Əbu Zümeyl rəvayət edirki: "Mən İbn Abbasdan soruşdum: "Mən qəlbimdə bir şeylər hiss edirəm”. O soruşdu: "Yəni nə?” Mən dedim: "Allaha and olsunki mən bu haqda danışa bilmirəm”. O soruşdu: "Bu şübhələrdəndirmi?” Sonra o təbəssüm edərək dedi: "Bundan heç kim azad deyil, axı Uca Allah Quranda (Öz peyğəmbərinə) demişdir: "Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!”(Yunus, 94.) ” Sonra İbn Abbas: "Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!”(əl-Hədid (Dəmir), 3.) – deyərək əlavə etdi”. 
هُوَ الأَوَّلُ وَالآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
/Huual-Auualü vəl-Axiru və-Zahiru vəl-Batınu və hua bikulli şey in ‘alim/

"Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!” ayəsi, peyğəmbər (s.s.v) -in ona nazil olunduquna şübhə etməsinə dəlalət etmir. Xeyr, çünki peyğəmbər (s.av) ən möhkəm etiqada və yəginliyə malik olan bir qul idi. Bu sözlər Uca Allahın: "(Ya Peyğəmbər!) De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!” ayəsinə bənzərdir. Məgər bu ayə Allahın oğlu olduqunu təsdiq edir?! Əlbəttə ki yox, bu ibrət üçün bir misaldır. Buna bənzər olaraq Allahın: "Şübhə edənlərdən olma!” kəlmələridə peyğəmbər (s.a.v) –in şübhə etməsinə dəlalət etmir, çünki bir şeyin qadağan olunması həmin şeyin mövcud olmasına dəlalət etmir. Bu Allahın: "Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (kafirlər) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları) Rəbbinə (ibadətə) dəvət et və əsla müşriklərdən olma!” (əl-Qasas, 87.) – kəlmlərinə bənzərdir, çünki bu qadağa peyğəmbər (s.s.v) –in müşrik olduquna dəlalət etmir. (Bax "Usul fi at-tafsir”, 33.)
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 319
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri