Qədr gecəsi

Şərhlər: 5
Baxılıb: 772
Paylaş:
Səs ver:
(səs: 1)
Qədr gecəsi ilin ən fəzilətli gecəsidir. Allah Quranda buyurur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrilidir!”
O gecə qılınan namaz, oxunan Quran, edilən zikr və s. içində Qədr gecəsi olmayan min aylıq əməldən daha xeyirlidir.

Qədr gecəsini axtarmağın müstəhəb olması
Qədr gecəsini Ramazanın son 10 günündə axtarmaq müstəhəbdir. Peyğəmbər (s.ə.s) Qədr gecəsini Ramazanın son 10 günündə axtarmışdır. O, (s.ə.s) Ramazanın son 10 günü gecələri yuxudan durar, zövcələrini oyandırar, onlardan uzaqlaşaraq özünü ibadətə verərdi.

Hansı gecənin Qədr gecəsi olması?
Alimlər Qədr gecəsinin hansı gecə olması barədə fərqli fikirlər söyləyirlər. Bəzilərinin rəyinə əsasən bu Ramazanın 21-ci gündür, bəziləri deyir ki, bu 23-cü gündür, digərləri deyir ki, bu 25-ci gündür və digərləri isə hələ də deyir ki, bu 29-cü gündür. Bəziləri isə deyir ki, bu ildən ilə dəyişir, lakin bu Ramazanın son 10 gecəsi arasındadır. Alimlərin çoxu bunu Ramazanın 27-ci günündə olduğunu deyirlər.

Əhməd səhih isnadla İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "Kim ki həmin gecəni axtarmağı xoşlayırsa, onda bunu Ramazanın 27-ci günü etsin. Ubay ibn Kəb demişdir: "Allaha and olsun ki, bu Ramazan ayındadır və Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Qədr gecəsi, Peyğəmbərin (s.ə.s) bizə ibadət etməklə əmr etdiyi Ramazanın 27-ci gecəsidir. Bunun işarəsi isə odur ki, səhər çağı günəş ağ və şüasız olaraq çıxar". Bu hədis Müslim, Əbu Davud, Əhməd və Tirmizi tərəfindən rəvayət edilmişdir və bunu səhih saymışdılar.

Qədr gecəsində namaz qılmaq və dua etmək
əl-Buxari və Müslim Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "Hər kim Qədr gecəsini inanaraq və savabını Allahdan gözləyərək ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar". 
Aişə (r.a) demişdir: "Mən Peyğəmbərdən (s.ə.s) soruşdum: "Ya Rəsulullah Qədr gecəsinin hansı gecə olduğunu bilərsəm bu gecə ərzində nə söyləməliyəm?" O (s.ə.s) dedi: "De: Ya Allah Sən bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla". Bu hədis Əhməd, İbn Macə və Tirmizi tərəfindən rəvayət edilmişdir və bunu səhih saymışdılar.

Seyyid Sabiqin "Fiqh əs-sünnə” kitabından götürülmüşdür

loading...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 772
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
Allah razi olsun lazim olan xeberdir
17 iyun 2016 22:30
5
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
yarpaq33
Qedr gecesi sehere qeder yatmayib ibadet etmek dualar edib namaz qilmaq lazimdir Allah bagiwlanmamizi dilemek lazimdir
17 iyun 2016 22:07
4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Totu
Lazimli xeberdi.tesekkurler
17 iyun 2016 17:22
3
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
vipbetul
cox gozel melumatdir bizler 3 gun Qedr gecesi kimi yatmiyib ibadet edirik
17 iyun 2016 12:32
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
bu haqda melumatim var idi,twk.ller
17 iyun 2016 11:15
1
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv