Mövlananın bizlərə verdiyi 7 nəsihətdən biri budur: "Başqlarının xatasını bağışlamaqda gecə kimi ol!".
Bəs əfv etmək və bağışlamaq nə qədər əhəmiyyətlidir ki, hədislərimiz və Quran ayələri onu bu qədər tövsiyə edir?
Quranda oxuyuruq: "Əlbəttə, sizi əfv etdi və Allah möminlərə qarşı
(böyük) mərhəmət sahibidir". ("Ali-İmran" 152). Bəli, Allah mehriban və
bağışlayandır. O, mehribanların ən mehribanıdır.
Başqa bir ayədə oxuyuruq: "Dedi: "Bu gün sizə qarşı heç bir
məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən
mehribanıdır"". ("Yusif" 92).
Bu ayədən göründüyü kimi Həzrət Yusif (ə) nəinki öz haqqından keçir
və hətta qardaşlarına qarşı ən kiçik tənqidi belə eşitməyə hazır olmur.
Onları Allah tərəfindən də əmin edir ki, bağışlanacaqlar. Çünki Allah
mehriban və bağışlayandır. (Tebyan)
Məsumlarımız (ə) da bizləri davamlı olaraq əfv etməyə və
bağışlamağa dəvət etmişdilər ki, bu da həmin sifətin əhəmiyyətindən
xəbər verir.
Həzrət Peyğəmbər (s) buyurur: "(Pisliyi və ya yaxşılığı) yaxşılıqla
mükafatlandır. Pisliyi bağışla, bir şərtlə ki, dinə ziyan vurmasın və
ya İslam qüdrətində zəiflik yaratmasın".
İmam Əli (ə) buyurur: "Ən pis insan o kəsdir ki, başqalarının xatasını bağışlamaz və eybi örtməz".
Əgər insan bu kərim sifəti agah halda yerinə yetirərsə, həyatna çox sayda bərəkət nazil olar. Bu bərəkətlərə nəzər salaq.
Dünyada.
1. Təqva hasil olar. "Sizin güzəşt etməyiniz (yəni mehriyyənin
hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş
etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir". ("Bəqərə"
237). Bu ayəyə əsasən, əfv etmək insanı təqvaya yaxın edər.
2. İzzətə səbəb olar. Əfv etmək izzətə səbəb olar. Çünki insanların
gözündə böyüklüyün və şəxsiyyətin nişanəsidir. Həzrət Peyğəmbər (s)
buyurur: "Əfv və güzəşt - izzət və abıra səbəb olar. Əfv etmək insanın
izzətini artırar".
3. Ruhu sağlam olar. Başqalarını bağışlaya bilən insanın ruhu
sağlam olduğu üçün, uzun illər ömür sürər. Həzrət Peyğəmbər (s) buyurur:
"Əfv və güzəşt ruhun sağlam olmasına, canın rahatlığına və ömrün uzun
olmasına səbəb olar".
4. Kinin aradan getməsi. Əfv və güzəşt etmək kin alovunun qarşısını alar, düşmənçiliyin yaranmasına mane olar.
5. Allah sevgisi. Allah bağışlayan bəndələrini çox sevər.
Axirətdə.
1. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki,
bəndələr məhşər səhrasında toplanarlar, carçı car çəkər ki, o kəs ki,
muzdu Allahdadır, ayağa qalxsın və behiştə getsin. Soruşurlar ki, kimin
muzdu Allahdadır? Deyirlər: "İnsanları bağışlayanlar"".
2. Əcrə səbəb olar. Hədislərin birində oxuyuruq: "Günahı
cəzalandırmağa tələsmə. Cəza ilə günah arasında güzəşt üçün yer qoy, bu
işinlə axirət savabın əldə edərsən".