İlan öz yuvasına döndüyü kimi iman da Mədinəyə dönəcək...

Şərhlər: 4
Baxılıb: 2 109
Səs ver:
(səs: 0)
Sual: Peyğəmbərin sallallahu aleyhi və səlləm "İlan öz yuvasına döndüyü kimi iman da Mədinəyə dönəcək” sözünün mənası nədir?

Cavab: Bu hədisdə Rəsulullah sallallahu aleyhi və səlləm bildirir ki, "İlan öz yuvasına döndüyü kimi iman da Mədinəyə” dönəcək. Hədisdə keçən yərizu (burada "dönmək” kimi tərcümə olunub) kəlməsində ra hərfi kəsrə ilə gəlib. Fəthə və dammə işarəsi ilə də mümkündür. Yərizu kəlməsinin mənası ilan öz yuvasından çıxıb yuvasına döndüyü kimi imanın da Mədinəyə dönüb orada möhkəmlənəcəyi deməkdir. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm belə bir həqiqətə işarə edir ki, insanlar fəsada uğradıqdan sonra din Mədinəyə dönəcək, necə ki, ilan yuvasından çıxıb gəzib dolaşdıqdan sonra yuvasına qayıdır.

Həmçinin hədisdə göstərilir ki, İslam dini Mədinədən başladığı kimi təkrar ora qayıdacaq. İslam dini yalnız Mədinədə güclənməyə, hökmran olmağa və yayılmağa başladı. Hərçənd mənbəyini Məkkədən götürmüşdür. Məkkə vəhyin ilkin mənbəyidir. Lakin müsəlmanlar yalnız Mədinəyə hicrət etdikdən sonra özlərinin dövlətini, hakimiyyətini qurdular və cihad etdilər. Ona görə də İslam dini Mədinədən başlayaraq öz hökmranlığı, nüfuzunu və qüvvətini yaydı və axır zamanda da ora dönəcək.

Elm əhlindən bəziləri belə demişlər: "Hədis artıq baş vermiş bir məsələdən bəhs edir. Hədisin mənası budur ki, insanlar Rəsulullahdan İslam şəriətini və təlimlərini öyrənmək üçün Mədinəyə gələcəklər və qayıdacaqlar.

Lakin hədisin birinci mənası daha aydın və daha doğrudur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri