ƏSLA CƏMİYYƏTİMİZƏ ZƏRBƏ VURANLARDAN OLMAYAQ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 392
Səs ver:
(səs: 0)

alt

Ana və ata çox böyük bir mövqeyə malikdir. Onlara yaxşılıq etmək ən üstün ibadətlərdən sayılmışdır. Əməllərin ən üstünü üç şeydir:
1- Gündəlik beş vaxt vacib namazları fəzilətli vaxtında qılmaq.
2- Valideynlərə yaxşılıq etmək.
3- Allah yolunda cihad etmək.
İndi bu sualla qarşılaşırıq: Ana və ata bu uca mövqeyi niyə və necə əldə ediblər? Görəsən Allah bu uca mövqeyi səbəbsizmi, yoxsa etdikləri qiymətli bir işin qarşılığında onlara verib? Ana və ata uşaqlarına hansı böyük xidmət qarşılığında bütün bu (ayə və hədislərdəki) tövsiyələrə layiq olmuşlar? Ata cinsi instinktinin təhrik olması ilə yaşayan bir hüceyrəni ananın rəhminə buraxmışdır. Bu yeni hüceyrə, ananın rəhmində ana tərəfindən ifraz olunan bir hüceyrə ilə birləşir. Bu yeni varlıq, ananın rəhmində inkişaf edərək və doqquz ay sonra kiçik bir körpə şəklində dünyaya ayaq basır. Ana ona süd və yemək verir, bir müddət altını təmizləyir. Bu vaxt ərzində ata isə ailənin xərcini təmin edir və onları himayə edir.
Görəsən ana və atanın bu kimi işlərdən başqa vəzifəsi yoxdurmu? Və sırf bu işlərinə görəmi uca analıq və atalıq mövqeyinə nail olublar? Görəsən yalnız ana və atamı uşaqları üzərində haqqa malikdir və uşaqların ana və atanın üzərində heç haqqları yoxdur? Heç kimin belə tək tərəfli bir haqqı qəbul edəcəyini zənn etmirəm. Məsum İmamlardan gələn hədislərdə uşaqların da bəzi haqqları olduğu və ana-atanın o haqqları yerinə yetirmələri lazım olduğu bildirilmişdir.
İmam Səccad (ə.s) də belə buyurur: "Uşağının haqqı, istər yaxşı olsun, istər pis səndən dünyaya gəldiyini və sənə nisbəti olduğunu göz qarşısında saxlamağın və onun tərbiyəsi ilə vəzifəli olduğunu bilməyindir. Allahı tanımada ona bələdçi olmalı və Allaha itaət etmə barəsində ona köməkçi olmalısan. Sənin uşağına qarşı davranışın, ona, yaxşılıq etdiyin təqdirdə mükafatlandırılacağına və pislik etdiyində də əzablandırılacağına yəqini olan bir şəxsin davranışı kimi olmalıdır."
Digər mübarək kəlamlarda isə qeyd olunur ki, Uşaqlarınıza yaxşılıq etmələrində köməkçi olun, istəyən hər bir insan uşaqlarından ana və ataya itaətsizlikləri uzaqlaşdıra bilər. Kimin qız uşağını yaxşı tərbiyə edə, təhsilinə diqqət edə və ona rahat mühit təmin etsə, cəhənnəm alovundan xilas olar.
Hər bir uşağın həyatın ilk günlərində həm səadət və həm də bədbəxtliyə düçar ola bilər.
Kamil bir insan olacağı qədər, alçaq və aşağı bir heyvandan da aşağı ola bilər. Hamının səadət və bədbəxtliyi onun təhsilinə və tərbiyəsinə bağlıdır. Bu böyük iş, valideynlərin üzərindədir. Əsasən analıq və atalıq da bu mənadadır. Ata və ana insan quruluşçu və kamal yaradıcısıdırlar. Ana və ataların, uşaqlarına qarşı edə biləcəkləri ən böyük xidmət onları gözəl əxlaqlı, şəfqətli, insan sevər, xeyriyyəçi, azad, cəsur, ədalət sevər, məlumatlı, dürüst, şərəfli, imanlı, vəzifəsini bilən, sağlam, çalışqan, oxucu-yazar və Allah qullarına xidmət edən yetişdirmələridir. Belə bir övlad həm dünyada səadətə qovuşmuş olar, həm də axirətdə. Belə insanlar həqiqətən haqqıyla uca analıq və atalıq mövqeyinə layiqdirlər. Cinsi gücün cazibə və təhrikiylə uşaq dünyaya gətirən və onu tək başına buraxanlar bu mövqeyə layiq deyil.
Uşaqlarının tərbiyə və təhsilinə maraq göstərməyən, əksinə səhv hərəkət və davranışlarıyla uşaqları azdıran, bədbəxt edən valideynlər onlara qarşı ən böyük xəyanəti edirlər. Nə üçün uşaq dünyaya gətirdiniz? Və nə üçün bir heyvan balası kimi onu öz başına buraxdınız ? Günahsız körpə onu dünyaya gətirməyinizi sizdən istəmişdi?! Siz onu dünyaya gətirdiyinizə görə vicdani olaraq onun təhsil və tərbiyəsi ilə maraqlanmaq məcburiyyətindəsiniz. Buna görə, təlim və təhsil hər valideynin ən böyük vəzifəsidir. Həmçinin, valideynlər cəmiyyətə qarşı da məsuldurlar. Bu günün uşaqları sabahın kişi və qadınları olacaqlar. Sabahın cəmiyyəti bu fərdlərdən əmələ gələcək. Bu gün öyrəndikləri hər dərsi sabah verəcəklər. Yaxşı tərbiyə edilmiş olsalar sabahın cəmiyyəti də yaxşı, irəli və mükəmməl olacaq. Əgər bu günün nəsili doğru olmayan və səhv proqramlarla öyrədilsə gələcək cəmiyyət daha pis cəmiyyət olacaq. Sabahın siyasi, elmi, ictimai şəxsiyyətləri belə yaranacaq.
Bu günün uşaqları gələcəyin ana və ataları və öz uşaqlarının təlimatçıları mövqeyində olub yaxşı və ya pis təhsillərini öz uşaqlarına ötürəcəklər. Bu əxlaqi davranışları nəsildən nəsilə çatacaq, elə isə analar və atalar gələcəyin cəmiyyətini islah edə biləcəkləri kimi fəsada və çöküşə də sürüyə bilərlər. Buna görə cəmiyyətə qarşı çox böyük məsuliyyətləri var. Əgər uşaqlarının təhsilində səy göstərsələr cəmiyyətə ən böyük xidməti etmiş olarlar və bu fədakarlıqları qarşısında mükafatlandırılacaqlar. Amma əgər bu barədə qəflət və tənbəllik etsələr yalnız öz günahsız uşaqlarına deyil, cəmiyyətə də xəyanət etmiş olar və qəti olaraq Allah dərgahında da sorğulanacaqlar.
Təlim və təhsil mövzusunu kiçik hesab etməmək lazımdır. Bir ana və atanın, uşağın tərbiyəsində göstərəcəyi fədakarlıq yüzlərlə müəllim, mühəndis, həkim və elmi işçinin işindən daha qiymətlidir. İnsanı kamil yetişdirən və müəllim, həkim və mühəndisi əmələ gətirən analar və atalardır. Xüsusilə analar, uşağın təhsilində və tərbiyəsində. Qadının dəyəri vəkillik, nazirlik və müdirlik kimi mövqelərlə deyil. Bu mövqelərin hamısı uca analıq mövqeyindən aşağıdır. Analar kamil insanlar yetişdirərək, saleh nazir, vəkil, müdir, müəllim və s... cəmiyyətə təqdim edirlər. Təmiz, saleh və qiymətli uşaqlar öyrədən ana və atalar, yalnız uşaqlarına və cəmiyyətə xidmət etməklə deyil, özləri də bu dünyada onların varlığından yaxşı istifadə edəcəklər. Yaxşı övlad, ana və atasının başının yüksək olmasına səbəb olduğu kimi, onların zəif və aciz olduqları qocalıq zamanlarında da onlar üçün sanki bir əsa və dayaq olur. Əgər onların təlim və təhsillərində yaxşı çalışsalar, bu dünyada zəhmətlərinin meyvəsini alarlar. Əgər bu barədə qəflət və tənbəllik etsələr, bu dünyada zərərlərini görəcəklər.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri