Quran açdırmaq günahdırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 610
Səs ver:
(səs: 3)
Sual:  Əssalamu aleykum. Bir niyyət üçün n Quran açdırmaq gqnahdırmı? Bunu bilmək mənə çox vacibdir. Xahiş eləyirəm cavablandlrasınız.

Cavab: 
Aleykum salam. İslamda Quran açdırmaq kimi bir anlayış mövcud deyil. İslamda bu kimi əməllər fal, sehr, tilsim və cadu kimi çirkin işlərdən hesab olunur. Quran - açdırmaq üçün deyil, onu açıb oxuyub, başa düşüb və orada yazılanlara əməl etmək üçündür: "Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən bir Kitabdır." (əl Bəqərə, 2).
"And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!" (əl Qamər, 22).
"Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir". (Ali İmran, 138).
"Halbuki sən bundan (islamın təbliği və imana dəvətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Quran) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!"  (Yusuf, 104)
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 7 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri