Allahı tanımaq istəyən insan, özünü necə tanımalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 791
Səs ver:
(səs: 3)
Həzrət Əli (ə) buyurur: "Özünü tanıyan Allahını tanımışdır” ("Qurərul-hikəm”) Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da "hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. "Rum” surəsinin 30-cu ayəsində buyurulur: ”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”

Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Quranda oxuyuruq: "Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.” ("Ənam”,75)

Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri