Paltarda pişik tükü olması namazı batil edirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 306
Səs ver:
(səs: 0)
Heyvanların arasında, yalnız quruda yaşayan it və donuz murdardır. Ona görə də, diri pişik və onun tükü pakdır. Onun fəzləsi nəcisdir və bu hökm pişiyə məxsus deyil, əksinə əti haram olan və atıcı qanı olan heyvanların hamısının fəzlələri pişik də o heyvanların biridir. Əlbəttə, ölü pişik murdardan sayıldığına görə, onun ruha malik bədən üzvləri nəcisdir. Pişiyin tükünün ruhu olmadığına görə, nəcis deyil.
Amma namaza münasibətdə, demək lazımdır ki, namaz qılanın paltarı, əti haram olan heyvanın əczasından olmamalıdır. Məlumdur ki, pişik əti haram olan heyvanlardandır. Mərcələrin çoxu buyurublar: Hətta o heyvanın bir tükü namaz qılanın üstündə olsa, onun namazı batildir.
Yalnız Ayətullah əl-üzma Sistani buyurubdur ki, namaz qılanın bədən və paltarı o heyvanın sidik, nəcis, tər və tüklərinə bulaşmamalıdır. Amma əgər heyvanın bir tükü məsələn onun paltarında olsa, heç bir zərəri yoxdur. Həmçinin əgər onlardan bir hissəsini məsələn qutuya qoyub və özü ilə daşısa da bu hökm ona şamil olur.
Əti haram olan heyvanın rütubəti barəsində bütün təqlid mərcələri buyurublar: Pişik kimi əti haram olan heyvanın ağız suyu, ya burun suyu ya digər bir rütubəti, namaz qılanın bədən ya paltarında olsa, əgər yaş olsa, namaz batil və quruyub və onun eyni aradan getmiş olsa, namaz düzgündür.
Amma sağlamlıq və həkimlik nəzərindən, bəzən deyirlər ki, pişik ya pişiyin tükü qadınların ya qızların sonsuzluğuna səbəb olur. Bu məsələ bizim təxəssüsümüzdən xaricdir və biz onu həkimlərin öhdəsinə qoyuruq.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri