Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 103
Səs ver:
(səs: 2)
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

1230. Abır-həyalı olmağa həvəsləndirmək.
4051. İmam Əli (ə): «Malına ən çox xəsis olan insanlar, öz abır-həyalarında daha əliaçıq olanlardır.» (Ğurərul-Hikəm, hədis 3190)
4052. İmam Əli (ə): «Ən yaxşı sərvət odur ki, abır-həyanın qorunmasına səbəb olsun.» (Ğurərul-Hikəm, hədis 3038)
4053. İmam Əli (ə): «Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir.» (Nəhcül-Bəlağə, hikmət 362)
4054. İmam Sadiq (ə): «Abır tökülsə,onu yığıb yığışdırmaq (bərpa etmək) çətin olar.» (Əlam-d-Din, səh.303)

1231. Müsəlmanların heysiyyatına toxunmaqdan çəkinməyin savabı.
4055. İmam Səccad (ə): «Kim müsəlmanların heysiyyatına toxunmaqdan çəkinsə, Allah qiyamət günündə onun büdrəyişlərini bağışlar.» (Səhifətul İmam Reza(ə), səh.85, hədis 195)

1232. Müsəlmanların heysiyyatını qorumağın savabı.
4056. Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, bu əməli onunla cəhənnəm odu arasında pərdə olar.» (Əmali Mofid, səh.338, hədis 2)
4057.Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, şübhəsiz ki, cənnət ona vacib olar.» (Vəsailuş-Şiə, c.8, səh.606, hədis3)
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri