Din ve fanatizm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 428
Səs ver:
(səs: 1)
Bildiyimiz kimi dünyada yüzlərlə din mövcuddur. Dinlərin ən müqəddəsi və ən sonuncusu Mühəmməd (ə.s.) -ın Allahın əmri ilə əsasını qoyduğu İslam dinidir. İslam Allahın vahidliyini,Mühəmmədin peyğəmbərliyini təbliğ edir,müqəddəs kitabı Quranı qəbuul etməyi vacib bilir. İslam barış dinidir. Amma burada mən İslam dinindən yox, Allahın adından istifadə edib avam şəxsləri aldadan bəzi din düşmənlərindən danışacam.
Fanatizm - hər hansı bir varlığa həddən artıq inanmaq, pərəstiş etmək,ona bağlanmaq deməkdir. Müasir zamanda buna fanatlıq demək olar. Dinə həddən artıq çox bağanmaq, dinə fanatik olmaq sonda bir zamanların Şeyx Nəsrullahlarının,İbrahimxəlil kimyagərlərinin qayıtmasına,din adıyla insanları aldatmasına səbəb olur.
Falçılar və falabaxma- təəssüf ki,müasir zəmanəmizdə belə axmaq falçılara rast gəlmək olur.Əslində onlara axmaq deyə bilmərəm, pul qazanmaq üçün bu yolu seçən özünə ilahi insanlar adı verən bu şəxslər avam və fanatik insanları aldatmaqda mahirdirlər. Kimi birinin taleyini dəyişir,o biri bəxtini açır,bu birisi üstündəki qara buludları aradan götürür,hətta elə həyasızları da tapılir ki, insandirildən çıxir. Guya gündə ona müraciət edən şəxslərin ömrünü uzadir,öləcəksə onu sağaldır və ölməyə imkan vermir.Ən dəhşətlisi bunu Allahın adıyla etdiklərini demələridir.İslamın nə demək olduğunu dəqiq bilməyən avamlar isə bu yalançıların sözlərinə inanır,onlari ilahi insanlar hesab edirlər. Halbuki bu dünyaya hər şəxs insan kimi gəlir,digər insanlardan fərqli heç bir xüsusiyyətə malik ola bilməz. Allah heç kimə fovqəltəbii qüvvə vermir.Bəzi falçıların yalanının üstünü açmaq üçün ona tapşırıq verəndə min bəhanə uydurduğunu görmüşük.
Ekstrasenslər- bəlkə də ən gülünc insanlar deyərdim onlara. Özlərini gələcəyi görən, Allaha yaxın olan və hər kəsin başına gələn və gələcək hadisələri bilən kimi təqdim edib utanmadan bunu Tanrı vergisi adlandırirlar. Bu da ancaq muftə yerə pull qazanmaq,cibini haram yolla doldurmaqdan başqa heç nə deyil. Allahın kitabı Quranda deyilir ki, bu dünyada hər cür sehr və fal batildir. Onda ya bu ekstrasenslər müsəlman deyil,ya da dindən istifadə edib avam camaatı aldadan yalançı tayfasıdır.
Dünyanın sonu 21 Dekabr- O günü unutmağım demək olar mümkün deyil. Bilmirəm hansı mayyali deyib,ya da heç yazıq deməyib, hamının dilində  əzbər olan qiyamət günü iddiaları ölkəmizin,tariximizin,bəlkə də İslam dininin "qanla yazılmış səhifə"si oldu. O gün başa düşdüm ki,hər gün namaz qılan,oruc tutan,özünü Allaha təslim etmiş bir çox müsəlmanların dindən anlayışı belə yoxdur. Eşitdiyim ilk gündən bəri bu xəbərə gülsəm də bu axmaqlara inananları görəndə ağlamaq istəyirdim. Allahın ayəsidir,mənim sözüm deyil, Quranda yazılıb ki, ey müsəlmanlar,Qiyamətin nə vaxt gələcəyini yalnız Allah bilər.O gün Allahın imtahanıydı,dinin sınağıydı, amma təəssüf ki, çoxları bu sınaqda uduzdu.
Bəzi mollalar haqqında da demək istəyirəm. O mollalar ki, ciblərini doldurmaq məqsədiylə yalandan "necə gəldi" Yasin surəsini oxuyub mənasından xəbərsizdirlər. Soruşsan Allahın İxlas surəsini belə əzbərdən deyə bilmirlər. Allahın nəyi savab nəyi günah elan etdiyindən xəbərləri də yoxdu və bəzi ruhanilər ki, özlərinə utanmasalar imam, peyğəmbər də deyərlər. Adlarını deməyəcəm,din adından istifadə edib sünni -şiə qırğını salan, mafia təşkilatları yaradıb Allahu Əkbər deyə-deyə baş kəsən vicdansızları, günlərini eyş-işrətdə keçirib zinadan danışan molları demirəm də heç.
Çox danışmayım,əziz müsəlmanlara səslənirəm sizə, bax and içə bilərəm,nə falçılar,nə ekstrasenslər,nə də ruhani ya mollalar sizin nə taleyinizi dəyişir,nə din yoluna yönəldir.İnsan doğru yolu özü tapmalıdır,daha ekstasens bəxtimi açsın,molla dua oxusun gözümün ağrısı keçsin,falçı fal oxusun bəxtim açılsın ərə gedim yox. Allah günahlarımızı bağışlasın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri