Müsəlman
xeyiri birinci olaraq Allaha yox, özünə aid edib deyə bilərmi ki : "Bu
var dövlət mənim əziyyətimin nəticəsində mənə gəlib, mən bu məqama məndə
olan zəka və qüdrətə görə nail olmuşam.. və s.?»
Cavab:
Müsəlman, baş verən xeyiri özünə nisbət etməməlidir. Çünki bu Allahın
nemətini saymamaq və onu inkar etməkdir. Öz qüvvəsi ilə qururlanmaqdır.
Bu da onu Allah yolunda xərcələməkdən, kasıblara və imkansızlara yardım
etməkdən çəkindirir.
Qarun
da bu cür "Bu (var dövlət) mənə, məndə olan elmə görə verilib»(Qasas
surəsi, 78) dedi və Allah onu və var-dövlətini yerə batırdı. Qarunun
sözünün mənası "Yəni mənim var dövlətim, mənim onun qazanma yollarını
bildiyim üçün mənə nəsib olub» kimidir. Allah, bir şeyin alınmasının öz
qüvvəsinə və mərtəbəsinə bağlayanlar barəsində belə buyurur: "Başına
gələn müsibətdən sonra ona bir mərhəmət əta etsək (dadızdırsaq), mütləq:
'Bu elə mənim haqqımdır..» deyər» (Fussilət surəsi, 50)
Bu
ayənin təfsirində Mücahid deyir ki : "Yəni, mənim savadıma görə və mən
buna layiqəm» Müsəlmana vacib olan Allaha, Onun nemətinə görə şükr
etməkdir. Şükrün də 3 rüknü var:
1. Nemətdən, zahiri olaraq danışmaq
2. Batin olaraq onu etiraf etmək
3. Onu itaətdə sərf etmək