Kütləyə qarşı tək olmaqdan qorxma. Haqlı olmamaqdan qorx!"
Müsəlmanları
namaza necə dəvət ediləcəklərini Rəsulullahla (sas) səhabələri müzakirə
etmiş və bəzi rəvayətlərə görə Hz. Ömərin gördüyü bir yuxunun nəticəsi
olaraq bildiyimiz, alışdığımız və gündə beş dəfə eşitdiyimiz "Azan”
beləcə gündəmə gətirilmişdir.
İlk azanı da hər birimizin tanıdığı və sevdiyi səhabəmiz olan Bilal Həbəş vermişdir.
Əsrlər boyu
gündə beş vaxt oxunan azana diqqət etsək sübh azanı ilə digər vaxt
oxunan azanlar arasında kiçik bir fərqin olduğunu görərik. Sübh azanda
onu başqa azanlardan ayıran, ona başqa bir özəllik qatan əlavə bir cümlə
var:
"Əssalatu xayrum-minənnəvm Əssalatu xayrum-minənnəvm"
Yəni:
"Namaz yuxudan xeyirlidir, namaz yuxudan xeyirlidir".
Namazın
yuxudan xeyirli olduğunu bildirən bu cümlə sadəcə sübh azanında oxunur
və yatan müsəlmanlar həqiqəti ifadə edən bu kəlmələrlə oyandırılır...
"Namaz yuxudan xeyirlidir, namaz yuxudan xeyirlidir".
"Sübh
azanında oxunan bu ifadəyə nə üçün ehtiyac var?" deyə sual versəniz,
düşünürəm ki, bu sualı cavablandırmaq o qədər də çətin olmayacaq.
Çünki Əsri
Səadət dönəminin müsəlmanlarını namazdan uzaqlaşdıracaq və ya namaza
gecikdirə biləcək yeganə şey sadəcə və sadəcə fitri bir istək olan yuxu
idi. Məhz bu müsəlmanlara da namazın yuxudan daha xeyirli olduğu
bildirilirdi.
Sübh
azanındakı bu fərqli ifadə günün muxatabı olan müsəlmanların olduqları
vəziyyət nəzərə alınaraq azana daxil edilmişsə, o zaman günümüzün
müsəlmanlarının vəziyyətini də nəzərə almaq lazım deyilmi?
Müctəhidlik edərək "lazımdır” deməyin!
Çünki bu
suala "lazımdır" cavabını verdiyiniz və azana lazım olan cümlələri daxil
etdiyiniz zaman azanlar uzun bir qəsidəyə çevriləcəklər. İnsanları
namazdan uzaqlaşdıran, namaza gecikdirən səbəbləri zikr etməyə
başladığınızda azanlar çox uzanacaqlar.
Niyə?
Çünki
dövrümüzün insanını namazdan uzaqlaşdıran səbəblər çox olduğu kimi, bu
səbəblərin azanda bir və ya iki dəfə təkrarlanması da kifayət deyil və
olmayacaq da.
Məsələn hər
işa namazının azanında namazın televizordan xeyirli olduğunu, ən az on –
on beş dəfə təkrar etməyiniz və ya etdirməyiniz lazımdır!
Namaz, televizordan daha xeyirlidir,
Namaz, televizordan daha xeyirlidir...
İndi də bu azanlarla insanların hansı məscidlərə dəvət ediləcəyini də soruşacaqsınız!
Bizim bu gün gündəmə gətirdiyimiz məsələ namaza dəvət olduğu üçün, yuxarıdakı sualı verməyin!
Məsələnin o tərəfini heç qarışdırmayın!
Əks halda cavab tələb edən suallar uzanar...
P.S:Əlhəmduillah...Namaz
insanı pisliklərdən çətinliklərdən uzaq edir.İnsanı rahatladır.RƏBBİM
qılmayanlarada tezliklə nəsib etsin.Amin