Ruzinin çoxalması üçün ayə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 766
Səs ver:
(səs: 1)
Dəfələrlə təcrübə olunmuşdur ki, hər kəs hər gün vacib namazlardan sonra üç dəfə salavat deyərək "Təlaq" surəsinin üçüncü ayəsini oxuyub və daha sonra üç dəfə salavat deyərsə, bu ruzinin çoxalmasına səbəb olar. Ayə belədir:
وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا
وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَاللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا
"Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən və yərzuquhu min həysu la yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. İnnəllahə baliqu əmrihi qad cəələllahu likulli şəyin qadra"
Tərcüməsi: "Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir."
Ruzinin çoxalması üçün ayrı bir ayə.
Bunun üçün hər gün sübh çağı namazdan sonra əlləri asimana tərəf qaldırıb dua niyyəti ilə bu ayəni on dəfə oxumaq lazımdır:
رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكَ ۖ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ
"Rəbbəna ənzil ələyna maidətən minəs-səmai məkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə vərzuqna və əntə xəyrur-raziqin."
(Maidə-114)
Tərcüməsi: ""Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
Ruzi qazanmaq ibadətdir
 
İslam dinində ibadət sayılan mövzulardan biri də ruzi dalınca gedib halal nemət qazanmaqdır. Bu niyyətlə ki, öz ehtiyacına görə başqalarına əl açmasın. Qurani-Kərim bu barədə buyurur:
«[Cümə] namazını qılıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən ruzi diləyin! Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!» [Cümə-10]
"Allahın kərəmindən ruzi diləyin" ifadəsi çox vaxt Quranda,ruzi diləyib ticarət istəmək mənasındadır. Lakin, demək olar ki, bu ifadənin məfhumu kimi, ruzi və ticarət onun nümunələrindən biridir.
Bəziləri bu ayədən istifadə edirlər ki, cümə namazından sonra ruzi ardınca olub ticarət etməyin bərəkəti vardır. Rəvayətlərdə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cümə namazından sonra bazara baş çəkirdi. Aşağıdakı rəvayətlər ruzi ələ gətirməyin ibadət olduğunu bəyan edir:
İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:
«İbadətin yetmiş cüzi var. Onların ən yüksəyi, halal ruzi tələb etməkdir!»
Əbu Həmzə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:
«Hər kim əhalidən ehtiyacsız olmaq, onların yanında öz hörmətini hifz etməkdən ötrü dünya malının ardınca olsa və bu mal-dövlət istəmək və çalışmaq, insanın öz ailəsinə və qonşularına kömək üçün olsa, qiyamət günü, üzü on dörd gecəlik ay kimi parlayan halda, Allahın hüzuruna gələr!» [Vəsailüş-şiə,12-ci cild,səh.11,hədis-5]

Günay Cəfərova
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri