Qurani-Kərimdə adı çəkilən 6 meyvə

Müəllif: Lola_Maya_
Şərhlər: 12
Baxılıb: 1153
Paylaş:
Səs ver:
(səs: 3)
Qurani-Kərim bizlərə doğru yolu göstərən bir kitabdır. Və bu kitabda Rəbbimiz əlbəttə ki, həyatımızın hər sahəsində bizə yol göstərmiş, yaxşılığı və gözəli həmişə əmr edib, pislikdən və pis şeylərdən uzaq dayanmağımızı istəmişdir. Həyat tərzimizdə bəzi meyvələrdən bəhs etmiş və bu qidanı bizlər üçün şəfalı və ləzzətli etmişdir. Bəs hansıdır o meyvələr? 
Qurani-Kərimdə bəhs edilən 6 meyvəni təqdim edirik.
ZEYTUN
"Ənam", 99: Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə, onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
Zeytun ürək sağlamlığına, qan dövranı sisteminin sağlamlığına yardım etdiyi kimi, arıqlamaq istəyənlərin də köməkçisidir və xərçəngin də qarşısını alır. Eyni zamanda, dəri sağlamlığı və gözəlliyimiz üçün də çox faydalıdır.
BANAN
"Vaqiə", 28-33: Tikansız sidr (ağacı bağları içərisin)də! Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı). Və uzanan daimi kölgəlik. Və (şəlalələrdən) tökülən su. Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr. Nə tükənəndir, nə də istifadəsi qadağan.
Bananın da sağlamlığımıza bir çox faydası var. Məsələn, böyrəklərə yaxşı təsir edir, bağırsaqlara da faydalıdır, xərçənglə mübarizədə metabolizmə yardımçı olur, həzmə kömək edir, xoraya faydalıdır, dəri sağlamlığına ciddi mənada kömək edir. Bununla yanaşı, tərkibində olan zəngin vitamin və elementlərlə bir çox xəstəliyə qarşı orqanizmi gücləndirir.
NAR
"Rəhman", 68:  O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.
Nar tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə dərmandır. Eyni zamanda, bədəni xəstəliklərə qarşı da bir qalxan kimi qoruyur. Xolesterin və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olur və ürək sağlamlığının qorunmasına da kömək edir.
ƏNCİR
"Tin", 1: And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa - "Tin" və "Zeytun" dağlarına).
Əncirin tərkibində yüksək miqdarda lif var. Onun bu xüsusiyyəti ürək sağlamlığına ciddi mənada töhfə verir. Əncir eyni zamanda sümük sağlamlığının qorunmasında, həzm sistemində, qanın və yoğun bağırsağın təmizlənməsində də mühüm rol oynayır.
XURMA
 
"Yasin", 34-35: Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq). Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükür etməzlər?!
 
Xurma DNT və hüceyrələri yeniləmə xüsusiyyəti olan nadir meyvələrdən biridir. Bədəni təmizləyir, xərçəngə, ürəyə, yaddaşa faydalıdır. Xurmanın diabet və yüksək təzyiqə çox faydası var. Şəkər səviyyəsini normallaşdırır, qan azlığı xəstəliyinə, qara ciyərə də yaxşı faydası var. Gözləri qüvvətləndirir, sümüklərə faydalıdır. Əhval-ruhiyyəni yüksəldir, damar sərtliyi və xolesterini normallaşdırır. Uşaqların inkişafına ciddi töhfəsi var. Həzm sisteminə kömək edir, dəri sağlamlığını qoruyur.
 
ÜZÜM
 
"Nəhl", 11: Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
 
Üzüm miqren, alzeymer kimi xəstəliklərin müalicəsində müsbət effekt verir. Göz sağlamlığını və görmə qabiliyyətini qoruyur. Xolesterini aşağı salmaqla yanaşı, böyrək pozuntularını aradan qaldırır. Astma xəstələrinə də çox kömək edir. Mikrobları öldürür, qəbizliyin qarşısını alır. Dəri sağlamlığına da faydası var. Dərini yumşaldır, cavanlaşdırır.


loading...
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 1153
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Quran her terefli xilasimizdi yeterki Allah kitabindan mohkem sarilmagi bacaraq
18 aprel 2016 21:09
12
Offline
lale.veliyeva19
çox lazımlı xəbərdi sevirəm bu meyvəlrin hamısını
26 mart 2016 22:02
11
Offline
S.Heydarova
bu meyvelerden hamısını xoslayiram)))))
26 mart 2016 18:56
10
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
Miss_Angel
cox yaxwi xeberdi bilmirdm bunlarri beyendim xeberi
26 mart 2016 15:24
9
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
aziz a
Bananın olmasından xebersız ıdım,maraglı oldu...Allah razı olsun.
26 mart 2016 15:23
8
Rebbim kömek olsun cümlemize Amin
Offline
vipbetul
Cox gozel melumatdir men 5 meyve bilirdim
26 mart 2016 15:16
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
savior angel
bunlardan xurmanin birde narin adinin cekildiyini texmini bilirdim amma qalanlari haqda cox melumatim yoxdu.Allah bizim ucun bu qeder faydali nemetler bexw edib wukr olsun bu gunumze
26 mart 2016 12:24
6
Heç vaxt səni heç kesle muqayise elemerem..!Çünkü menim uçun sen En Yaxsisan :)!!
Offline
krisa
Bu meyvelerden nar ,baban,xurma,zeytunu cox xoslayiram ,amma encir ve üzüm yadima düsmese illerle istemerem.Onu da qeyd edim ki,banana bilmirdim.Indi bildim,Tesekkürler .
26 mart 2016 10:29
5
Offline
BARBI
Qurani kerimde en ustun meyve xurmadir. Cennet meyvesi deyilib. Xurmani xoslayiram
26 mart 2016 09:56
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
isveç.de
Bananı bilmirdim Təşəkkür edirəm.
26 mart 2016 09:04
3
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
Marta
Adi cekilen meyveleri cooox sevirem ayri ayriliqda evveler zeytun yeye bilmirdim ama indi cox sevirem.
26 mart 2016 02:05
2
Немного терпения, и у тебя все получится..
Offline
Nur_Naz
Banan hec ewitmemisdim maragli oldu cidden
26 mart 2016 01:38
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv