Sual: Mən ailə qurmaq istəyirəm və mənə yaxşı bir ailə tərbiyəsi
almış müsəlman bir qız göstəriblər, (Allahın neməti sayəsində) Qurandan
çox əzbərləyib. Yaxşı bir ailədəndir və mənimlə o eyni irqdənik, eyni
tərbiyə almışıq. Sözün düzü heç mən də zahirən onu heyran etməmişəm. O
gözəldir, lakin mənim üçün o qədər də yox. Bilmək istəyirəm ki, onun
imanı, gözəl ailəsi, Qurana münasibəti, münasib qaydada geyim tərzi və
s. evlənmək üçün kifayət edir? Yoxsa, ən doğrusunu Allah bilir deyə
söyləyərək onunla evlənmək üçün addım atmalıyam? Zahiri görünüş
evlilikdə nə qədər mühüm amil hesab edilir? O zahirən mənə görə o qədər
də çirkin deyil, lakin mənim zövqümə görə gözəl deyil. Allah mənə
hidayət versin.
Cavab: Həmd Allaha məxsusdur.
Evlənmək niyyətiniz varsa imanlı olanı axtarın. Necə ki, peyğəmbər
sallallahu aleyhi və səlləm bu cür nəsihət edərək buyurmuşdur: "Sən din
xüsusiyyətinə üstünlük versən əlin xeyirə çatar”.
Evlənmək üçün seçim edərkən "digər amillər nəzərə alınmamalıdır”
deyə, belə bir əsas yoxdur. Gözəllik və s. kimi amillər. Çünki bu cür
amilləri nəzərə almaq evlənən şəxsin baxışlarını aşağı salmaqda ona
kömək edəcəkdir. Bu elə bir məsələdir ki, bunlar nəzərə alınmalıdır.
Belə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bunu qeyd edərək
demişdir: "Dörd xüsusiyyətə görə qadınla nikah bağlanır:…”və gözəlliyi
bu dörd şeydən biri kimi qeyd etmişdir. Qadın sizin üçün gözəl
olmadığına görə ona qarşı pis rəftar edəcəyinizdən qorxursunuzsa,
evlənmək üçün irəli addım atıb onunla nikah bağlamayın. Ən doğrusunu
Allah bilir.