Dindar qadın tapmışam, lakin zahiri xoşuma gəlmir, onunla evlənməliyəm?

Şərhlər: 4
Baxılıb: 2 384
Səs ver:
(səs: 2)
Sual: Mən evlənmək istəyirəm və mənə yaxşı bir ailədən çıxan bir bacı göstəriblər, (Allahın rəhməti sayəsində) Qurandan əzbərə çox bilir. Yaxşı bir ailədən gəlir və mənimlə o eyni irq, eyni tərbiyədən gəlirik. Sözün düzü heç mən də zahirən onu heyran etməmişəm. O cazibədardır, lakin mənim üçün o qədər də yox. Bilmək istəyirəm ki, onun dini, gözəl ailəsi, Qurana münasibəti, münasib qaydada geyim tərzi və s. evlənmək üçün kifayətdir? Yoxsa, bəlkə deyirsiniz ki, Allah daha yaxşı bilir, mən onunla evlənmək üçün addım atmalıyam? Zahiri görünüş evlilikdə nə qədər mühüm amil təşkil edir? O pis görünmür, lakin mənim istədiyim kimi gözəl deyil. Allah mənə hidayət versin. 

Cavab: Həmd Allaha məxsusdur. 

Evlənmək istəyirsinizsə, o halda dindar olanı axtarın. Necə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bu cür nəsihət edərək buyurmuşdur: "Sən dindar olanı seç, əliniz toza silinsə də (yəni, xoşbəxt olasan)”. Evlilikdə seçim edərkən digər şeyləri nəzərə almamaq ilə əlaqədar heç bir əsas yoxdur. Məsələn, gözəllik və s. Çünki bu cür etmək evlənən kəsin baxışlarını aşağı salmağa kömək edəcəkdir. Bu elə bir şeydir ki, nəzərə alınmalıdır. Belə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bunu zikr edərək demişdir: "Qadına dörd şeyə görə evlənilir:...”və gözəlliyi bu dörd şeydən biri olaraq qeyd etmişdir. Əgər qadın sizin üçün gözəl olmadığına görə ona qarşı pis rəftar edəcəyinizdən qorxursunuzsa, o zaman irəli addım atmayın və onunla evlənməyin. Allah daha yaxşı bilir. 

Şeyx Abdulkərim əl-Xüdeyr
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri