Adəm və Həvvanın tövbəsi

Müəllif: heyatim_menim
Şərhlər: 6
Baxılıb: 2 415
Səs ver:
(səs: 2)
Bir müddət keçdikdə Adəm və Həvva etdiklərindən peşman oldular və behiştin hədsiz nemətlərinin həsrətində qaldılar. Xüsusi ilə yerdə məskunlaşanda və onun çətinlikləri ilə üzləşəndə. Allah bilir neçə illər tövbə ilə məşğul olub onun ayrılığına ağladılar və nə qədər ahu-nalələr çəkdilər. Allah taala onlara xitab edərək dedi: "Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?"
Onlar öz təqsirlərini etiraf etdilər. Tövbə və bəxşiş istəyərək dedilər:
— "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!"
Amma iş-işdən keçmiş və yerə enmə fərmanı verilmişdir. Adəm və Həvva yer üzündə məskunlaşaraq təəssüf və həsrətin onları əvvəlki yerlərinə qaytara bilmədiyini başa düşdülər.
Yenə də Allah öz rəhməti ilə onların səadətə yetişməsi və onları özünə cəlb etməsi üçün başqa qapı açdı. O, da tövbə, istiğfar və əfv istəmə qapısı idi. Bəzi alimlərin dediyinə görə tövbə və istiğfarın günahı aradan aparması, Allahın Adəmə təlim verdiyi əsma elminin bir hissəsidir.
Quranın qissələri təlim və öyrədici xasiyyət daşıyır. Ola bilsin, Allah taala Əbul-bəşər Adəmin əhvalatının bu hissəsində insanlara heç bir halda, hətta Allaha qarşı günaha düçar olanda belə ümidlərini itirməməyə çağırır. Gərək tövbə, istiğfar, əfv istəməklə öz günahlarını yusunlar. Başqa vacib əməllər kimi bunu özlərinə vacib etsinlər. Necə ki, alimlər bunun vacibliyinə fitva veriblər.
Burada Quran müxtəsər izahla desək, belə buyurur: "Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir."
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri