HZ.Fatimə (s.ə) haqqında qısa xəbər

Müəllif: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 2 886
Səs ver:
(səs: 1)
Fatimə (ərəb. فاطمة ‎‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; d.  605/614,Məkkə, Hicaz, Ərəbistan - ö.  632, Mədinə, Hicaz, İslam Xilafəti) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin birinci həyat yoldaşıXədicədən olan qızı, Məhəmmədin əmisi oğlu, IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əlinin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Müsəlmanlara görə Əhli-beytin 5 üzvündən biri.
Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.[3]
İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.
Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər. Türk-İslam mədəniyyətində isə adından əvvəl "Həzrəti", "Xanım", adından sonra isə "salamullahi aleyha" və ya "rdiallahu ənha" kimi deyimlərdən istifadə edilir. Yazıda"Hz. Fatimə (s.ə.)" formasında qısaldılan bu ifadələrlə ona qarşı sevgi və hörmət ifadə olunur.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri