Nəfs dedikdə nə nəzərdə tutulur?

Şərhlər: 7
Baxılıb: 586
Paylaş:
Səs ver:
(səs: 1)
Bəzən nəfs dedikdə ruh nəzərdə tutulur. Ancaq əxlaqi bəhslərdə nəfs dedikdə onu kontrol etmək, nəfsin istəkləri və xahişləri şərh edilir. İnsan nəfsinin mərtəbələri vardır. Onun ən alçaq dərəcəsi - əmmarə nəfsdir. Bu nəfs insanın nöqsanlı hallarına və daxili ifrati meyllərinə aid edilir. Bu nəfsin şər və pisliklərə meyli vardır və insanı xeyir yolundan azdıra bilir.
Deyerler.org bildirir ki, nəfsin ikinci mərtəbəsi kamal və insanın özünü tərbiyə etməsinə aid edilir. Ona ləvvamə nəfs deyirlər. İnsan nəfsin bu mərtəbəsində ən çox xeyir və gözəl əməllərə tərəf meyl edir və insan günah işlədən zaman bu nəfs onu danlayır və məzəmmət edir. Onu xeyirxahlığa tərəf dəvət edir.
Nəfsin üçüncü mərtəbəsi mütməin nəfsdir. İnsan mütməin nəfsə çatarsa kamalı, səadət və həqiqi hüzuru tapar. Raziyyə və mərziyyə nəfsinə sahib olar. Yəni, həm o, Allahdan razıdır və həm də Allah ondan razıdır.
Ona görə də nəfsin ən zəif mərtəbəsi - əmmarə nəfsdir. Bu nəfs insanı şəhvətə və günaha dəvət edər. Bu nəfsin sahibi sağlam ağıl və İlahi fitrətin hökmlərinə tabe olmaz, çünki iradəsi nəfsi istəklərinin qarşısında çox zəifdir.
Əksinə, güclü nəfsə malik olan insan kamala çatmağa meyil edər və mütməin nəfsə çataraq, səadətini əldə edər. Nəfsi əmmarə ilə nəfsi ləvvamə daima bir-biri ilə mübarizədə olar. İnsanın iki tərəfi vardır: heyvani və mələkuti. İnsanın heyvani tərəfi nəfsi-əmmarədir, mələkuti tərəfi əvvəl ləvvamədir, sonra mütməinədir. Ona görə də insanın heyvani istəklərinə nəfsi əmmarə deyirlər.
Nəfsi-ləvvaməyə əxlaqi vicdan da deyirlər. Nəfsi-ləvvamə insanı xeyir işlərə təşviq edər və ondan sonra tərifləyər. Pis əməldən əvvəl hədələyər, əməldən sonra isə məzəmmət edər və danlayar.
Mütməinə nəfs o nəfsdir ki, onun sahibi haqq əqidəsinə, savab və cəzaya inanır, əminliyi vardır və rahatlıq tapmışdır. Necə ki, Əmirəl-möminin (ə) təqva əhli haqqında buyurur: "Təqvalılar behiştə qarşı o kəslərə bənzəyir ki, onu görüb, nemətlərinə nail olmuşdur. Atəşə qarşı o kəslərə bənzəyir ki, onu görmüş və orada əzab olunmuşdur".
İnsan səadətinin dərəcəsi bu nəfsinin dərəcəsindən asılıdır. Quran bu nəfs haqqında buyurur: "Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!". ("Hicr" 27-28).

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 586
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Maraqli ve lazimli xeberdir
25 iyul 2016 12:06
7
Offline
Barbaris
Sitat: yarpaq33
Allah bizleri nefsimizin werrinden qorusun Amin


Amin
24 iyul 2016 14:47
6
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
Rebbim nefsimizi seytani hislerden qorusun insallah
24 iyul 2016 13:55
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
HAPPY_EYES
Sitat: Fialka
Maraqlı məlumatdır əsasda lazımlı, deyirlər ən güclü insan döyüşdə qalib olan deyil öz nəfsinə hakim olandır...

duz vurguladin
24 iyul 2016 13:09
4
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
Fialka
Maraqlı məlumatdır əsasda lazımlı, deyirlər ən güclü insan döyüşdə qalib olan deyil öz nəfsinə hakim olandır...
24 iyul 2016 12:51
3
Offline
yarpaq33
Allah bizleri nefsimizin werrinden qorusun Amin
24 iyul 2016 12:51
2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Ariel♡
Nefs haqqinda bilmediklerimi oyrenim. Tewekkur
24 iyul 2016 09:29
1
Huwt

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv