Namazda rəkətlərin sayı barədə şəkk-şübhə yaranarsa

Şərhlər: 7
Baxılıb: 2 053
Səs ver:
(səs: 1)
Sual: Bəzən, əslində çox vaxt namaz əsnasında səhvlər edirəm. Ya tamamladığım rəkətlərin sayını unuduram, ya da bəzən bu qəbildən bir şeyləri unuduram. Belə olduğu halda namazı dayandırıb yenidən başlamılyammı yoxsa davam etməliyəm? 

Cavab:
Həmd Allaha məxsusdur. 
Şeyx Muhəmməd əl-Üseyminə bu sual verildikdə belə cavab vermişdir: 

Bu barədə doğru olan rəy budur ki, belə olduğu halda namazınız etibarsız sayılmır. Çünki şübhə elə bir şeydir ki, insanın ixtiyari, iradəsi olmadan ona gəlir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) namazda yarana biləcək şübhələr barədə hökmü açıqlamışdır və şübhələr iki növdür: 

1.Namazda tamamladığı rəkətlərin sayı barədə şübhə edir, lakin iki şübhədən birinin daha doğru olduğunu düşünür. Bu halda daha yəqin olduğu fikirə görə hərəkət etməli və bunu əsas götürərək namazını tamamlamalı, sonra isə salam verərək salamdan sonra səhv səcdəsi etməlidir. 

2.Namazda rəkətlərin sayı barədə şübhə edir, iki fikirdən heç birində əmin deyil. Bu halda daha aşağı olan sayı əsas götürərək hərəkət etməlidir. Çünki, bu daha salamatdır və böyük saya yönəlmək isə şübhəlidir. Deməli, daha aşağı olan sayı əsas götürərək namazı tamamlamalı, sonra isə salamdan öncə iki səhv səcdəsi etməlidir. Belə olduğu təqdirdə onun namazı batil olmur. 

Şeyx Muhəmməd əl-Üseyminin "Fətvalar”ından 1/425
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri