Fatimənin
evlənmək üçün çox elçisi olub. Məhəmmədin səhabələrindən Ömər, Əbu
Bəkr, Əbdürrəhman b. Əfv və s. kimiləri ona elçi olmuş, ancaq Məhəmməd
qəbul etməmiş[41] və onlara cavab olaraq belə demişdir: "Fatimə daha kiçikdir. Əli Fatiməni istəyəndə Məhəmməd qəbul etmişdir.[42] Məhəmməd Fatiməyə belə demişdir; زوّجتکِ أقدم الاُمة اسلاماً "Səni ilk müsəlman olan adamla evləndirirəm."[43] Eyni şəkildə mühacirlərdən də bir qrup Fatiməyə elçi olmuş, [44] ancaq Məhəmməd belə demişdir: "Fatimənin
izdivaç işi Allahın əlindədir. Əgər o, münasib görər və münasib bilərsə
o şəkildə edəcəkdir və mən ilahi hökmü gözləməkdəyəm."[45] Fatimənin Əli ilə evliliyi hicrətin ikinci ilində Mədinədə baş verib.[46] Məhəmmədin
qızının mehriyyəsi təxminən 400 dirhəm olmuşdur. Əli əşyalarından
birini sataraq bu pulu əldə edib. Bu əşyanın nə olduğu barədə müxtəlif
iddialar vardır. Bəzi tarixçilər bunun qalxan, bəziləri qoyun dərisi
yaxud Yəmən köynəyi və ya dəvə olduğunu yazmışlar. Əli əşyasını sataraq
Məhəmmədin yanına gəlir. Məhəmməd pulu saymadan bir qismini Bilala verir və belə deyir: "Bu pul ilə qızıma gözəl ətir al". Geri qalan pulu Əbu Bəkrə verir və belə deyir: "Bu pulla qızımın ehtiyac duyduğu şeyləri təmin et". Əmmar Yasir və
bir neçə yoldaşını da Zəhranın cehizi üçün münasib görülən şeyləri
almaq üçün Əbu Bəkrlə göndərir. Şeyx Tusi Zəhranın cehizini bu şəkildə
yazmışdır: 7
dirhəm dəyərində bir köynək, 4 dirhəm dəyərində bir hicab, Xeybər malı
qara bir məxmər, xurma liflərindən düzəldilmiş bir divan, üstü xurma
yarpaqları ilə hörülmüş divan, Misir kətanından məmulat, birinin içi
liflə, o birinin isə yunla doldurulmuş iki döşək, içləri izhirdən[q 1]doldurulmuş Taif dərisindən dörd balış, yundan düzəldilmiş bir pərdə, Həcər istehsalı bir həsir[q 2],
bir əl dəyirmanı, mis bir paltar ləyəni, dəridən düzəldilmiş bir su
qabı, taxta bir qab, süd sağmaq üçün bir kasa, su üçün böyük qab,
qətranla örtülmüş mitəhrə[q 3], yaşıl bir səhəng və torpaqdan düzəldilmiş bir neçə ədəd saxsı qab.[47][48] Evliliyin
üzərindən bir neçə gün keçmədi ki, Fatimənin atasından uzaq qalmağı ona
ağır gəlib. Fatimə uzun illər boyu onun yanında qalıb. Məhəmməd
Xədicənin vəsfi haqqında belə buyurub: "Xədicənin
yerini kim alacaq? İnsanlar məni inkar etdikdə o təsdiqləmiş, hamı məni
tərk edəndə o Allahın dininə iman gətirmiş və var-dövləti ilə yardımçı
olmuşdur". Buna
görə də bəy və gəlinə öz evində yer verməyi qərara alır. Xədicədən olan
və sağ qalan (bu yaşa qədər yaşayan) yeganə övladının hər zaman yanında
olmasını istəyir. Ancaq o, Əlinin həyat yoldaşı olduğuna görə onun
evində qalmalı idi. Məhəmməd öz evinə yaxın bir yerdə onlara bir yer
hazırlamaq istəyir, amma Mədinə müsəlmanlarının əziyyətə düşmələri də
mümkün idi. Sonda gəlin və bəyə öz evində yer verməyə qərar verir, ancaq
bu çətin bir iş idi. Çünki Məhəmmədin evində iki qadın (Sevda və Aişə)
yaşayırdı. Səhabələrindən Harisə b. Nöman bu hadisədən xəbərdar olaraq
Məhəmmədin yanına gəlir və belə deyir: Mənim
evlərimin hamısı sənə yaxındır. Özüm və nəyim varsa, hamısı sizindir.
Allaha and olsun ki, malımı almağın mənə saxlamağından daha sevimlidir. Məhəmməd cavab olaraq belə deyir: "Allah sizi mükafatlandırsın." O gündən sonra Fatimə və Əli Harisənin evlərindən birinə köçür.[49][50]