Mənim
müsəlman qardaşım, müsəlman bacım! Niyə kədərlisən? Qəlbin niyə
hüznlüdür? Qəlbin sıxılır, səbələri çoxdur, məsələn əvvəl tanımadığın bu
dünyaya görə problem çəkirsən. Təkcə bu deyil. Başqa problemlərin də
var. İnsanlar səninlə görüşəndə xoş danışırlar eləmi? Ancaq arxanca sənə
xəbər çatır ki, qulağın eşidir ki, sənin dalınca nələr danışırlar
nələr, eləmi?
Qohum-əqrəbalarla ünsiyyət qurmaq istəyirsən, onlarla tez-tez
ziyarətləşmək istəyirsən, qəlbən onları sevirsən, onların yaxşılığını
istəyirsən, yeri gələndə onların işlərində kömək edirsən. Ancaq
eşidirsən ki, sənin haqqında xoşagəlməz sözlər danışırlar eləmi? Elədir.
Onsuzda bunları yaşadıqca təcrübədən keçiririk. Qəlbimiz qırılır. Bir
dəqiqə dayanaq. Qəlbimiz niyə qırılır? Səbəbləri çoxdur. Məsələn biz bir
müsəlman olaraq təmiz qəlbimizdə yaxşılıqların bitməsini istəyirik.
Diqqət edək, yadda saxlayaq ki, bizim qəlbimiz tər təmiz bir ərazidir. O
ərazidə müxtəlif və əlverişli şəraitlər var. Orada biz istədiyimiz hər
bir yaxşı və hər bir pis məhsulu əkə bilərik. Bizim hal-hazırda qəlbimiz
əgər pis məhsullarla doludursa ora nəsə yaxşı bir şey əksək pis məhsul
onu sıradan çıxara bilər. Yaxşı nə edək? Gəlin birlikdə xatırlayaq.
Qəlbimiz hansı fikirlərlə doludur. Sayı-hesabı yoxdur. İndi o qədər
problemlərimiz var ki, hamısı yığılıb, inanın hətta gecələr qoymur hə
bizi yatmağa? Niyə? Çünki məhsulu düzgün seçməmişik. Gəlin dəyişiklik
edək. Yaxşı gəlin görək problemimiz nədir? Saymayın, hamısıyla tanışam.
Biz problemləri gələcəkdə onsuzda sayacayıq. Gəlin indi ilkin olaraq
yalnız bu qədər problemlər içərisində birini seçək. Sizdən söz almamış
mən seçirəm. Bu da odur ki, nəyə görə bizimlə insanlar üzdə başqa cür
davranır, arxamızca başqa cür? Niyə belədir? Səhvi özümüzdə axtaraqmı?
Bəli. Yaxşı mən özümdə axtarmıram deyənlərə heç nə deyə bilmərəm. Axı
məndə nə səhv var ki, mən yaxşıyam, amma o mənə qarşı yaxşı deyil. Üzdə
başqa cürdür, arxamca başqa cürdür. Niyə belədir? Mən isə deyərdim ki,
səhv mənim özümdədir. Bunun kökü haradan qaynaqlanır? Qəlbdən. Kimin
qəlbindən? Onun? Sənin cavabın mənə maraqlı ola bilər, amma mənim
cavabım bəlkə sənə maraqlı olmadı. Çünki mən belə düşünürəm ki, onun
mənim arxamca danışması mənim qəlbimdən qaynaqlanır. Niyə? Bəlkə
çoxlarınız deyəcəksiniz ki, yox e, sən nə danışırsan. Mənim qəlbim
təmizdir. Onu sənə kim dedi?Qəlbinin təmiz olmasına əmin olma. O qədər
bu sözü işlətmisən ki, artıq adət halında səndə qalıb, elə iddia edirsən
ki, qəlbin təmizdir. Bunu nə ilə sübut edəcəksən, ancaq sübut
edib-etməyəcəyindən asılı olmayaraq əslində bu sözdə həqiqət var. Çünki
qəlb doğrudan da təmiz olur. Sonra sən orada müxtəlif məhsullar əkməklə
onu çirkləndirirsən. Bu məhsulların sayı-hesabı çoxdur. Məsələn biri
budur ki, qəlbində həsəd var, məsələn paxıllıq var, məsələn dünya
sevgisi var və s. İddia edə bilməzsən ki, bunlar səndə yoxdur. Çünki
bütün bunlardan xilas olmaq üçün bütün peyğəmbərlər Allaha dua edib,
Allaha sığınıb, Allahdan kömək istəyiblər və qəlblərinin təmiz
məhsullarla dolmasına çalışıblar. Bu yolda əlbəttə çətinlik, əziyyət,
dedi-qodu və s. kimi maneələr var. İnşallah biz çalışarıq ki, bu
maneələri aşmağın yalnız bir yolunu tapaq. O da budur. Sizdə belə bir
hal baş verməmiş olmaz. Məsələn biriylə görüşürsünüz, onunla ünsiyyət
qurub ayrılanda nəsə qəlbinizdə onunla bağlı sizdə iki təəssüratdan biri
yaranır. Birincisi, ya deyirisniz ki, bu çox gözəl insandır, ya da
deyirisniz ki, bu çox xoşa gələn deyil. Bunu onun haqqında xasiyətinə
görə, geyiminə görə, görünüşünə görə, danışığına görə, münasibətinə görə
və s. yaddan çıxardığım bütün xüsusiyyətlərinə görə deyə bilərsiniz.
Əgər siz görüşdüyünüz adamdan ayrılandan sonra belə düşünməyə və
özlüyünüzdə belə danışmağa başlayırısnızsa daha problem elə sizin
özünüzdədir. Çünki qarşınızda sizinlə görüşən adama onda xoşlamadığınız
halları üzünə deyə bilərdiniz. Üzünə deyəcəyiniz təqdirdə sizdən
incidiyini düşünürsünüzsə, onda ondan ayrıldıqdan sonra da
fikirləşəcəyiniz və deyəcəyiniz sözə görə yenə də sizdən inciyəcək. Belə
halda artız siz birbaşa qul haqqına girmiş olursunuz. Əlbəttə bütün
bunlardan sonra həmin insan haqqında necə fikirləşdinizsə, sizdə necə
təəssürat yarandısa eləcədə fikrinizdə qalacaq və rastlaşdığınız digər
tanışlarınıza və yaxınlarınıza da onunla bağlı mənfi rəylərinizi
deyəcəksiniz. Beləliklə, sizdə artıq belə bir xəstəlik, vərdiş yaranacaq
və siz artıq bu adətədən əl çəkə bilməyəcəksiniz. Belə hal sonralar
daha böyük fəsadlara gətirib çıxaracaq. Artıq tədricən özünüz də hiss
etmədən özünüzdən başqa hamıdan zəhləniz gedəcək. Belə olduqda sizin
bütün tanışlarınız sizi indi daha yaxşı tanıyacaqlar. Çünki siz elə bir
adam olacaqsınız ki, artıq görüşdüyünüz və ünsiyyətdə olduğunuz hər bir
adamla eyni vəziyyəti yaşayırısnız. Bunu sizə bir misalla izah edim. Bir
otaqda kollektiv oturmusunuz və çalışırısnız. Bu vaxt aranızdan A adlı
biri otaqdan çıxır. Digər B adlı biri başlayır otaqdan çıxan A adlı şəxs
haqqında nəsə danışmağa. Onun səhvən etdiyi bir hərəkəti, yaxud da sözü
deyir. Başqa oturanlar bu söhbətə müdaxilə etmirlər. Çünki otaqdan
çıxan A adlı insan doğrudan da otaqda nəsə xırda və ya böyük bir söz və
əməl xətası etmişdi. A adlı şəxsin çıxmağından istifadə edən onun
haqqında danışan B adlı insana fikir gəlmişdi ki, başlasın otaqdan
çıxanın xətalarını digər yoldaşlara bəyan etsin. Digər yoldaşlar da
otaqdan çıxan haqqında başlayırlar danışmağa. Çünki otaqdan çıxan
doğrudan da xəta etmişdi, yaxud da elə hesab edək ki, xəta etməmişdi.
Belə vəziyyətdə artıq otaqdan çıxan haqqında mənfi rəy formalaşmağa
başlayır. Otaqdan çıxan otağa qayıdır və nəsə soyuqluq hiss edir. Lakin
nə olduğunu anlamır və onun səhvi haqqında isə heç kim ona heç nə demir.
Halbuki otaqdan çıxan A adlı şəxs haqqında otaqda olmadan elə hey
otaqdakılar qarasınca danışırdılar. Beləliklə, səhvi olan insana zülm
olunmuş olur. Halbuki islamda belə davranış olmur. İslamda elə otaqda
olan səhv edən insana səhvi özünə elə deyilir ki, o səhvini növbəti
addımda düzəldir. Yəni artıq əmin olur ki, otaqdan çıxanda heç kim onun
dalınca danışmayacaq. Səhvi olan insana səhvini düzəltmək üçün elə
tərzdə söz deyilməlidir ki, bu hiss olunmasın. Bunu səhvi olan A adlı
şəxs haqqında pis düşünən B adlı şəxs ona yaxınlaşaraq deməlidir. Çünki B
adlı şəxs əgər doğrudan da bilirsə ki, A adlı şəxs xəta edib, bunu ona
elə təklikdə deməlidir ki, başqa oturanlar bunu hiss etməsinlər. Çünki
onda xəta edən A adlı şəxs nəsihəti qəbul edər və səhvini düzəldər, əks
təqdirdə, yəni camaatın içində onun xətasını deməklə o bunu qəbul
etməzdi.
Bu gün bizim cəmiyyət elə bir haldadır ki, səhv edən insanın səhvini
özünə mülayimliklə nəsihət edərək düzəltmirlər. Hətta səhvi olsa belə
camaatın içində kobud şəkildə təhqir edirlər. Səhvini üzünə hamının
eşidəcəyi tərzdə və alçaltmaq üçün deyirlər. Bu da səhvi olanın səhvini
düzəltmir, xəstəliyini sağaltmır, əksinə dalınca danışıldığını özü də
hiss edir. Buna görə də intiharların sayı da çoxalır. Bəzi hallarda
insan əsəb keçirir, stressə düşür və s. kimi özündə olmayan xəstəliklərə
tutulur. İnsanlarda bir-birinə imansızlıq və etibarsızlıq baş qaldırır.
İnsanlar arasında güvən, sevgi, rahatlıq, əminlik olmur. Bütün bu cür
xəstəliklərin müalicəsi ancaq Allahı tanımaqla, Allaha aid elmləri
bilməklə, Allahın göndərdiyi dinə, islama aid elmini artırmaqla nail
olmaq olar. Allah təala bizim cəmiyyəti, xalqımızı bütün növ
xəstəliklərdən xilas etsin. Amin!