Allah uşaqlara niyə xəstəlik və bəla göndərir

Şərhlər: 4
Baxılıb: 2 618
Səs ver:
(səs: 1)
Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa çəkməsinin məntiqini anlayıram. Məsələn, qadın uğursuz məhəbbətinin nəticəsi kimi doğulan uşağını küçəyə tullayır və beləliklə də ona yüklənmiş sınaqdan keçə bilmir. Yaxud da digər bir sonsuz, uşağı olmayan qadın başqasının övladını oğurlayır ki, öz nəfsini təmin etsin. Beləliklə o ona verilmiş imtahandan da keçə bilmir. Bütün bunlar aydındır. Amma mən belə məsələlərdə zərər çəkən məzlumlara münasibəti başa düşmürəm. Məntiqi cəhətdən cavab tapa bilmirəm ki, çəkdiyim misallardakı uşaqların günahı nədir, onlar nəyə görə imtahan olunmalı, əzab çəkməlidirlər? Hansı günahına görə Allah o küçəyə tullanan uşağı, ya da xəstəlik içində çapalayan balacanı sınağa çəkir? Axı uşaqlar niyə sorğu-sual olunmalıdırlar? Nəyə görə Allah günahsızların bütün dünyada əziyyət çəkməyinə icazə verir? Bax bunu mən başa düşmürəm..." 

Cavab: Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Bütün dillərdə həmd olunan, bütün dövlər və zamanlarda ibadət olunan, elmi hər şeyi əhatə edən, heç nədən diqqəti yayınmayan Allaha həmd olsun. Ona heç nə tay ola bilməz, və Onun rəqibi, şəriki yoxdur, O ucadır, doğmayıb və doğulmayıbdır. 
Onun əmrləri bütün qullarına aiddir: 
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir." 
(Quran, Şura, 11) 
Və aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərə salam olsun. O öz vəzifəsini layiqincə yerinə yetirərək Onun kəlamını insanlığa çatdırdı, Rəbbinin yolunda sadiqliklə mübarizə apardı və özünün ardınca gün kimi aydın olan bir yol qoydu, hansından ki, qəlbləri möhürlənmişlərdən başqa heç kəs azmaz. 
Qeyd etməliyik ki, Allahın Rəbb və Yaradan olduğuna iman gətirən hər kəs bilir ki, O öz yaratdıqlarından bütün aspektlərdə fərqlənir. Onu hansısa bir məsələdə Öz yaratdıqları ilə müqayisəyə gətirmək belə qeyri-mümkündür. Məhz buna görə də Allah buyurur: 
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir." 
(Quran, Şura,11) 
Əgər yer üzündə hər bir mülkiyyətçi onun mülkiyyətində olan hər hansı bir şeylə istədiyi kimi davrana bilərsə, elə isə Allahın onun yaradıcısı olduğunu bilən kəs nəyə görə Rəbbinin Öz "mülkü" ilə istədiyi kimi rəfatar edə biləcəyi faktını şübhə altına almalıdır ki?! 
Biz müsəlmanlar qəti şəkildə iman gətiririk ki, bziz yaradan Rəbbimiz müdrikdir və böyük hikmət sahibidir, və Onun əmrlərində bircə damcı da olsun, çatışmamazlıq, qüsur, ədalətsizlik yoxdur. Ona görə də əminik ki, onun hər buyruğunda böyük hikmətlər gizlənmişdir. Bu hikmətlərdən bəzisini O müxtəlif formada bizə çatdırır, bəziləri isə onun bəndələri üçün gizli qalır. 
Bizlərə çatdırdığı bəzi əmrlərinin hikmətidini qəbul edir və anlayırıq, bizlərdən gizlədiyi və Özündə saxladığı digər hikmətlərə isə biz əminik və bilirik ki, bizim Yaradıcımız müdrik olmayan heç nə etməz. 
Və məhz bu səbəbdən Rəbbinin Allah olduğuna iman gətirən kəs heç vaxt öz yaradıcısını haqq-hesaba çəkməz, çünki O ən yaxşısını bilir. Əks halda isə iman gətirdiyimiz Rəbb qeyri-kamil olan hər hansı başqa ilahdan başqası deyil. Belə insan cahildir və ilk əvvəl Yaradıcıya inanmır. Allaha belələrindən olmaqdan sığınırıq! 
Axı insan həkim, mühəndis və s. öz sferasında mütəxəssis olan şəxlə onun sənəti barəsində mübahisə etmir, çünki bilir ki, o, öz sahəsi üzrə hər hansı bir məsələni hamıdan yaxşı bilir və buna müvafiq olaraq hərəkət edir. Elə isə bütün sahələr üzrə ən gözəl elmə malik olanın davranışlarını sorğu-sual etməyə bizim haqqımız varmı? 
Biz insanlar bilirik ki, etdiyimiz bəzi hərəkətlər hətta onlar bizim xoşumuza gəlməsə də son nəticədə bizə xeyir verəcək. Məsələn, əgər insan xəstədirsə o, hər hansı dadı xoşuna gəlməyən acı dərmanı içməyə razıdır, çünki bilir ki, bu dərman Allahın ona şəfa verməsinə vasitə ola bilər. Əgər ki, bu dərmanı içməsə,bu onun tərəfindən ağılsızlıq olar. Və bunun kimi həyatdan minlərlə misal çəkmək ola bilər, hansılar ki, bizim nəfsimizə xoş gəlmir, lakin onda bizim üçün xeyir olduğunu bilirirk. 
"Ən Uca sifət isə Allaha məxsusdur. " 
(Quran, Nəhl, 60) 
Və müdrik olan Allah əgər Onun Özünə xoş olmayan hər hansı bir hadisənin baş verməsinə icazə verirsə, demək ki, bunun nəticəsində hansısa xeyirin olduğunu bilir. Biz bəndələr isə elmsiz olduğumuzdan bu məsələdəki hikməti həmişə dərk etmirik. Bəzən Allah bu hikmətlərin bəzilərini insanlara müxtəlif vasitələrlə çatdırır ki, insanlar nəticə çıxara bilsinlər, qəlblər sakitlik tapa bilsin. Bəzən isə bu hikmətlər Onun elmlində gizli qalır. 
Məsələn, Allah körpəni yaradır, sonra isə onun canını alır. Ola bilsin ki, əgər o uşaq yaşasaydı, elə böyük günahlar görərdi ki, hansı ki, onun özünü, yaxınlarını Cəhənnəmə vasil edərdi. Belə bir misallardan biri Quranda,Kəhf surəsində Xıdır (əleyhi salam) və Musa (əleyhi salam) peyğəmbərin hekayətində rəvayət olunur. Orda deyilir ki, Xıdır (əleyhi salam kiçik bir uşağı öldürür və Musa (əleyhi salam) onu bu hərəkətinə görə qınayır. Allah tərəfindən gizli elmlər verilmiş Xıdır (əleyhi salam) isə bu məsələdəki hikməti aydınlaşdıraraq bildirir ki, uşaq böyüyəndə kafirlərdən olacaqdı və beləliklə öz mömin olan valideynlərinin Allahın yolundan azmağına səbəb olacaqdı. Ona görə də Allahın əmri ilə o öldürüldü və yerinə ondan daha xeyirli biri göndəriləcək. 
Yaxud hər hansısa bir orqanları xəstə, şikəst olan uşaq. Onun bur orqanlarının xəstə olmasında böyük hikmətlər gizlənir. Bəlkə də əgər bu orqanları sağ olsa idi, uşaq böyüyəndə onlar vasitəsilə günah işlər görəcəkdi. Lakin böyüyüb bu şikəstliyinə yaxud xəstəliyinə səbrlə yanaşmaqla Allah tərəfindən ya bu dünyada, ya Axirətdə, yaxud da hər ikisndə birgə böyük mükafatlara nail olacaqdır. Axı uca Allah buyurur: 
"Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” 
(Quran, Zumər,10) 
Biz müsəlmanlar üçün həyat ölümlə sona yetmir, əksinə biz inanırıq ki, ölümdən sonra Cənnət və Cəhənnəm var və əsl həyat elə budur. Kim ki, bu dünyada yaxşılıq etmişdir, onu Allahdan mükafat gözləyir, kim ki, bu dünyada pislik etmişdir, onu əməllərinin müqabili gözləyir. 
Xeyirlə şər eyni deyil və qismətlərinə imtahan düşmüş kəslərin səbrlərinin mükafatı Allahdan olacaqdır. Özü də elə bir mükafat ki, imtahana çəkilməyən kəslər bu mükafatı görsə idilər, onlar da dünya həyatında başlarına müsibət və bəlaların gəlməsini istəyərdilər. Çünki Allahın yanında başlarına gələn çətinliklərə səbrlə dözənlərin mərtəbəsi olduqca yüksəkdir. Bu barədə Quran və Sünnədə bir çox dəlillər mövcuddur: 
"Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. 
(Quran, Bəqərə, 155) 
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) demişdir: "Nə qəribədir möminin halı! Bütün hər şeydə onun üçün xeyir var və bu yalnız möminə verilmiş bir nemətdir: Əgər bir şey onu sevindirirsə, o, Allaha həmd edir və həmin şey onun üçün xeyirə çevrilir, əgər ki, ona kədər üz verirsə, o səbr edir və bu da onun üçün xeyirə çevrilir" 
Müslim 2999 
Göründüyü kimi bizə məsum görünənlərin də, görünməyənlərin də başına çətinliklər gələ bilər. Və bu heç də bizim məhdud şüurumuzun dərk etdiyi kimi cəza deyil, bəlkə də Allahın bir rəhmətidir, biz isə bunu öz ağlımızla dərk edə bilmirik. Bəlkə də həmin bu çətinlikdə hikmət vardır. 
İnsan xislətinin zəifliyi, uzaqgörən olmaması özünü onda göstərir ki, o bəlaları, çətinlikləri tez görür, bu çətinliklər vasitəsilə açılan xeyir qapılarını isə görmür. Anlaya bilmir ki, xeyir kimi, şərin də gəlməsi normaldır. Bu sanki daima xeyirxahlıq edən birinin tək bircə dəfə, təsadüfən etmədiyi köməyə görə ömür boyü qınanılmasına bənzəyir. Həmin kəsi qınağa çəkən belə insanları bizlər nanko, "çörəyi dizi üstündə olan"r adlandırırıq. Bəs elə isə özümüz? Axı bizlər də nemətlər bəxş edən, həyatımızı, yaşayışımızı asanlaşdıran Rəbbimizin tək bircə sınağına dözümsülük göstərib, ordakı xeyri görməyib Rəbbimizə qarşı asi olmuş oluruq. 
Bundan əlavə, insanların ən xətasızı, günahsızı olan peyğəmbər və nəbilərin payına ən ağır imtahanlar və sınaqlar düşmüşŞ onlarsa səbrlə bütün bu çətinliklərə dözmüşlər. Nəyə görə? Yoxsa onlar da Allahın nifrət etdiyi kəslər idi? Əksinə, bütün bunlar Allahın onları daha çox sevdiyi və çətinliklərin müqabilində gözəl mükafatlar hazırladığı üçün onların başına gəlirdir. Allah bununla onların mərtəbəsini öz yanında qaldırmış oldu. 
O- Allah istədiyini istədiyi tərzdə, istədiyi zamanda edəndir. Heç kəs onun əmrinin vaxtını uzaldıb qısalda bilməz, heç kəs Onun hazırladığı aqibətdən qaça bilməz və Onun əmrləri ən müdrik, ən ədalətlidir. Və O yaratdıqları üçün ən yaxşısını biləndir! 


60. Bir zaman Musa öz xidmətçisinə belə demişdi: "Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər (səfərimə) davam edəcəyəm”. 
61. Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi. 
62. Onlar (dənizlərin qovuşduğu yerdən) çıxıb getdikdə (Musa) öz xidmətçisinə: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi. 
63. (Xidmətçi) dedi: "Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O zaman) mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. (Balıq dirilib) qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”. 
64. (Musa:) "Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. 
65. Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. 
66. Musa ona dedi: "Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” 
67. (Xızır )dedi: "Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. 
68. Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” 
69. (Musa) dedi: "İnşAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”. 
70. (Xızır) dedi: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”. 
71. Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün”. 
72. (Xızır) dedi: "Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?”
73. (Musa) dedi: "Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”. 
74. Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: "Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”. 
75. (Xızır) dedi: "Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?” 
76. (Musa) dedi: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”. 
77. Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: "Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”. 
78. (Xızır) dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. 
79. Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi. 
80. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. 
81. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan (başqa)(bir)(övlad) versin. 
82. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri