Tək səbirə inanmaq İslamda varmı?

Şərhlər: 7
Baxılıb: 10 668
Səs ver:
(səs: 2)
İslam dini elm, bilik və düşüncə dinidir. Lakin çox təəssüf ki, zaman-zaman bu dinə ya düşmən qüvvələr tərəfindən qəsdən, ya da avam kütlə tərəfindən bilməyərəkdən bəzi xurafatlar daxil edilib. Bu xurafatların bir qismi İslamdan əvvəlki inanclardan, bir qismi başqa dinlərdən keçib. Xurafat qismindən olan məsələlərdən biri də tək səbirə inanmaqdır. Xalq arasında belə bir fikir var ki, guya tək səbir nəhsliyin (uğursuzluğun) əlamətidir, tək səbir gələn işi buraxmaq lazımdır, yoxsa insan ziyan görər. Bu fikir kökündən yanlışdır. İslamda xarici əlamətlərə görə hadisələrə subyektiv qiymət vermək qəbul edilmir. Məsələn, ərəblər ilk görüşdükləri şəxsin qiyafəsinə, hətta səmadakı quşların uçuş tərzinə görə bir hərəkəti edib-etməmək barədə qərar verirdilər. Bu, fal sayılır və İslamda qadağandır. Tək səbirin uğursuzluqla bir əlaqəsi yoxdur və ona inanmaq lazım deyil.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 10 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri