Axıril-zamanın əlamətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 108
Səs ver:
(səs: 0)
Dinlərin nəzərinə görə, axıril-zaman o zamandır ki, heyrətləndici və böyük hadisələr baş verəcəkdir. Bu dövr - dünya həyatının indiki səpkidə davam etməsinin sonu olan dövrdür ki, ondan sonra yeni bir dövr başlayacaqdır. Bu sonrakı dövr bizim yaşadığımız indiki dövr ilə fərqli olacaqdır. İlahi dinlər bu dövrdə o kəsin zühurunu xəbər verirlər ki, Yer üzündəki zülmü aradan aparacaq və yerini ədalətlə dolduracaqdır. (Tebyan)
İslam dininin nəzərinə görə isə axıril-zamanda zühur edəcək şəxs - İmam Məhdidir (ə.f). Hər bir intizarda olan müsəlmana axıril-zamanın əlamətlərini bilmək zəruridir ki, öz təklifini və vəzifələrini müəyyən edə bilsin.
Hədislərimizdə axıril-zaman üçün bəzi əlamətlər bəyan edilmişdir ki, onlara işarə edək:
1. Cəmiyyətdə qorxu artacaq. İmam Baqir (ə) buyurur: "Həzrət Qaim (ə.f) qiyam etməz, məgər qorxu ilə dolu bir dövranda". İmam (ə) başqa yerdə buyurur: "Məhdi (ə.f) o zaman qiyam edəcəkdir ki, cəmiyyətin rəhbərlik işləri zalımların əlində olacaqdır".
2. Məscidlərin hidayətdən boşalması. Həzrət Peyğəmbər (s) axəril-zamandakı məscidlər haqqında buyurur: "Həmin zamanın məscidləri abad və gözəldir. Ancaq hidayətdən orada xəbər yoxdur".
3. İnsan hissləri soyuyar. Həzrət Peyğəmbər (s) buyurur: "O ruzigarda böyüklər əlinin altında olanlara və kiçiklərə rəhm etmirlər, qüvvətli zəifə rəhm etməz. O zaman Allah ona (Qaimə (ə.f)) zühur üçün izn verər".
4. Əxlaq fəsadları artar. Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqirə (ə) dedim: "Ey Allah Rəsulunun (s) oğlu! Sizin Qaim (ə.f) nə zaman zühur edəcəkdir?". İmam (ə) buyurdu: "O zaman ki, kişilər özlərini qadınlara və qadınlar özlərini kişilərə bənzədərlər".
5. Övladı az arzu etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət bərpa olmaz, o zamana qədər ki, beş övlad sahibi dörd övlad sahibi olmağını arzu edər və o kəsin ki, 4 övladı olar deyər: "Ey kaş 3 övladım olaydı". O kəsin ki, 2 övladı olar, 1 övladı arzu edər. O kəsin ki, bir övladı olar, arzu edər ki, ey kaş övladım olmayaydı".
6. Ani ölümlər. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət bərpa olmaz o zamana qədər ki, ağ ölüm zahir olar". Soruşurlar ki, ağ ölüm nədir? Buyurur: "Ani ölüm".
7. Müharibələr və qətllər. İmam Rza (ə) buyurur: "İmam Zamanın (ə.f) zühurundan əvvəl davamlı qətllər baş verəcəkdir".
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri