Zəhra (s.ə) məktəbinin şagirdi Fizzə

Müəllif: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 1 814
Səs ver:
(səs: 0)
Bə`zən müəllimi onun şagirdinin vasitəsi ilə də tanımaq olar. Həzrət Zəhranın (s)
şagirdlərindən biri xidmətçisi Fizzə idi.
O, iftixar etdiyi xidməti müddətində Zəhrayi Əthərin (s) məktəbindən dərslər öyrənmiş, onu elm və əməldə həyata keçirmiş və həmişə Əhli-beytin (ə) yanında nur kimi parlamışdı.
O "Nəvbə” əhlindən idi. Geridə qalmış məntəqədən və səhrada yaşayan bir qövmdən çıxsa da, Fizzə düşüncə, elm, Qur`an və hədisləri bilmək cəhətdən yüksəlmiş və Zəhra (s) məktəbinin nümunəvi şagirdlərindən olmuşdu.
Əhvalatlardan birində nəql olunur ki, Abdullah Məkkəyə tərəf getdiyi yolda karvandan geri qalmışdı. Çöllükdə bir qadın gördü. Bu qadın da öz karvanından geridə qalmışdı. Belə qərara gəldilər ki, karvana çatmaq üçün birlikdə Məkkəyə tərəf yola düşsünlər. Yolda Abdullah o qadına nə dedisə, qadın Qur`an ayəsi ilə onun cavabını verdi. Karvana çatanda o qadının oğlanları çox sevindilər.
Abdullah onlardan soruşdu: "Bu qadın kimdir? Onunla hər nə danışdımsa, Qur`an ayəsi ilə cavab verdi”. 
Onlar dedilər: "Bu qadın Xanım Zəhranın (s) kənizi və bizim anamız Fizzədir. İyirmi ildir ki, dilində Qur`an ayələri ilə danışır”. Fizzə İmam Hüseynin (ə) hərəkatında iştirak etmiş və Həzrət Zeynəblə (ə) birlikdə olmuşdur. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı. Biz bu vasitə ilə də Fatimeyi-Zəhranın (s) məqamın dərk edə bilərik. O Həzrət (s) elm və əməl meydanında belə bir kəniz yetişdirmişdi.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri