Qurani-Kərim bizlərə arzularımıza çatmaq üçün 4 yol tövsiyə edir.
1. Ümid.
Allah
bəndələrinə istəklərinə çatmaq üçün ümid yolunu tövsiyə edir. Allah
Təala buyurur ki, gərək bəndə hər bir halda ümidvar olsun. Heç bir zaman
İlahi rəhmətdən ümidsiz olmasın. Çünki ümid insanın kamala doğru
hərəkət amilidir. O zamana qədər ki, insan ümidsiz olar, təkamülə tərəf
hərəkət etməz. Quran buyurur ki, ümid insan ruhiyyəsini elə tərbiyə edir
ki, çətinliklər onun üçün asan görünür. İnsan bir əməl görən zaman
stimula malik olmalıdır. Əməl və iş hər nə qədər çətin olarsa, gərək
insan ondan daha çox nəticələr və bəhrələr əldə edəcəyinə ümid
bəsləyərək, bu işə qalxsın.
"Buna
görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və
ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın". ("Kəhf" 110).
Ümid insanda elə bir rahatlıq hissi meydana gətirər ki, insan hədəfinə çatmaq üçün daha yaxşı yollar tapar.
2. Təvəkkül.
İkinci
həll yolu - təvəkküldür. Din insanda təvəkkül hissini yaradır. Biz
müsəlmanlara öyrədir ki, bütün işlərimizdə Allaha təvəkkül etməyi
bacaraq. İslam dini bu yolla insana elə bir dayaq qərar verir ki, Quran
kitabında Qadir, Əziz, Qahir... adları ilə məşhurdur. O kəsdir ki, hər
bir qeyri-mümkünü mümkün edər. "Əgər imanınız varsa yalnız Allaha
təvəkkül edin". ("Maidə" 23).
"Kim Allaha təvəkkül etsə, O ona kifayət edər". ("Təlaq" 3).
3. Təfəkkür.
Sonrakı
yol - sağlam təfəkkürdür. Quran buyurur: "O kəslər ki, ayaq üstə,
oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına
salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir
(və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: "Ey Rəbbimiz,
bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç
işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl
sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba
layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi
odun əzabından qoru"". ("Ali-İmran" 191). Təfəkkür insanın arzusu ilə
olan fasiləsini qısaldar. Ona bu arzusuna çatmaq üçün ən qısa və ən
düzgün yolu göstərər.
4. Dua.
Allah
Təala Özü ilə bəndələrinin rabitəsinə çox əhəmiyyət verir. Onları
davamalı olaraq dua etməyə dəvət edir. Baxmayaraq ki, hər bir insanın
qəlbində olandan agahdır, ancaq bəndələrinə olan əlaqəsi və sevgisi o
qədər şiddətlidir ki, istəyir ki, bəndələri Onunla söhbət etsinlər.
İstəklərini Allaha bildirsinlər. "Əgər dualarınız olmasaydı, mənim
Pərvərdigarım sizə etina etməzdi". ("Furqan" 77).
Bunu
da qeyd etmək lazımdır ki, əgər insan bir şeyi istəməsə, həmin işi
görməyəcəkdir. Bu bizik ki, gərək arzularımız üçün hərəkət edək.
Allah Təala bizləri düzgün arzusu olanlardan və bu arzuyz düzgün yollarla nail olanlardan qərar versin.