Nə üçün dualarımız qəbul olunmur?

Müəllif: Totu
Şərhlər: 2
Baxılıb: 2 339
Səs ver:
(səs: 1)
Bir gün Peyğəmbərdən (s) soruşdular: "Nə üçün bizim dualarımız qəbul olunmur? Halbuki, Allah-təala buyurur: "Məni çağırın, Mən də sizə cavab verim."
Həzrət (s) buyurdu: "On şey sizin qəlbinizi öldürüb:
1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz.
2. Quranı oxuyub ona əməl etməmisiniz.
3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz.
4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız.
5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz.
6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız.
7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz.
8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz.
9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız.
10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir."
(Ayətullah Meşkini, "14 məsumun (ə) buyurduqları və 1001 hikmətli söz" kitabından)
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri