Hz. Fatimə (s.ə.)-ın uşaqlığı

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 1 903
Səs ver:
(səs: 0)
Fatimə atası Məhəmmədin evində və onun dini təlim və tərbiyəsi altında yetişib. Uşaqlıq dövrü İslamın yetişməyə başladığı və rəqiblər tərəfindən müsəlmanlara məhdudiyyət qoyulan dövrlərdir. Bütünlüklə müsəlmanlar üçün imtahan və işgəncələrin olduğu dövrdür. Bu dövr quru və yandırıcı Şeb-Əbu Talib dərəsində aclıq, susuzluq və əzablarla keçən iqtisadi və sosial blokada və mühasirənin olduğu dövrdür. Bu dövrlər eyni zamanda Fatimənin yaxınlarını itirdiyi dövrdür: Anası Xədicə və eyni şəkildə atası Məhəmmədin ən önəmli himayəçisi olan Əbu Talibin həyatlarını itirdiyi dövrdür.Məhz bu dövrlərdə atası Məhəmmədi himayə etməsi və onu sakitləşdirməyinə görə atası ona "Ümmü Əbiha" (atasının anası) ləqəbini vermişdir. Bu da onun Məhəmmədin yanındakı dəyər və məqamını ortaya qoymaqdadır. Müsəlmanların Məkkədən Yəsribə (Mədinətun-Nəbi, sonradan sadəcə Mədinə) hicrətləri də bu dövrlərdə baş vermiş və sonralar bu hicrət İslam tarixinin (təqvimin) başlanğıcı olaraq qəbul edilmişdir. Məhəmməd Mədinəyə getdikdən sonra, ailəsi də oraya getdi. Bəlazuri belə yazır: "Zeyd b. Harisə və Əbu Rafi, Fatimə və Ümmü Gülsümü ora aparmaqla vəzifələndirilmişdi." Ancaq İbn Hişam, Abbas ibn Əbdülmüttəlibin onları aparmaq üçün vəzifələndirildiyini yazmışdır. Zəhra və Ümmü Gülsüm özlərini aparmaqla vəzifəli olan şəxslərlə bərabər dəvələrə minərək hərəkət ediblər. Bu zaman Məhəmmədin düşmənlərindən və davamlı olarak onu pisləyən Xuveyris b. Nuqeyz onların yanına gələrək dəvələrinə zərər verir. Dəvə qorxur və qaçır. Fatimə və Ümmü Gülsüm yerə düşürlər. İbn Hişam və başqa tarixçilər Fatimənin bu hadisədən aldığı yaranın nə olduğunu yazmayıblar, ancaq mənbələrə görə, Fatimə bu hadisədən yara almışdır. Yaqubi isə belə yazıb: "Əli b. Əbu Talib onu Mədinəyə apardı." Digər şiə mənbələri də Yəqubinin yazdıqlarını təsdiq edir. Məsələn, Şeyx Tusi, "Əmali" kitabında Məhəmmədin Qubada gözlədiyini və "əmi oğlum (yəni Əli b. Əbu Talib) və qızım gəlməyənə qədər Mədinəyə girməyəcəyəm" dediyini yazmışdır. Şeyx Tusinin yazdığına görə, Fatimə ilə yanaşı Əlinin anası Fatimə binti Əsəd və Əbdülmüttalib b. Zübeyrin (Dəbaətin nəqlinə görə isə Zübeyrin) qızı Fatimə də Əli ilə birlikdə hicrət etmişlərdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri