HZ.Fatimə (s.ə)-ın Ailə həyatı

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 500
Paylaş:
Səs ver:
(səs: 1)
Fatimə yemək və geyimdə ən aza qənaət edər və özünə çətinlik çəkdirərdi. Ev işlərini də kimsənin öhdəsinə qoymazdı. Su daşımaqdan, ev süpürməyə, qarğıdalı və ya buğda üyüdməkdən, uşaq baxmağa, hamısını özü edərdi. Bəzən tək əliylə dəyirmanı çəkər, buğda və ya qarğıdalı üyüdər və digər əli ilə körpəni yatırardı. İbn Səd öz sənədilə Əlidən belə nəql edir: "Zəhranı xanımım olaraq alanda döşəməmiz qoyun dərisindən idi, gecələr onun üzərində yatır, gündüzlər su daşıyan dəvəmizə onun üzərində ot verirdik və bu dəvədən başqa bir köməkçimiz yox idi." Əli Bəni-Səddən bir adama belə deyir: "Fatimə və öz haqqımda sənə bir hekayə danışmağımı istəyərsənmi? : "Fatimə atasının gözündə ən sevimli adam idi. O, mənim evimdə su qabı ilə o qədər çox su daşıdı ki, qabın ipi sinəsində yer tutmuşdu. O qədər çox əl dəyirmanı ilə bir şeylər üyüddü ki, əllərinin içi döyənək bağladı. Evi o qədər çox süpürdü ki, örtüyü torpaq rəngini aldı." Rəvayətlərdə nəql olunana görə, Məhəmməd Fatimə və Əlinin evinə gələr, onlara sevgi göstərər və tez-tez təriflər edərdi. Bir gün Fatimədən "yoldaşın necədi?" deyə soruşur. Fatimə belə cavab verir: "Ən üstün həyat yoldaşıdır." Daha sonra Əliyə Fatiməni, Fatiməyə də Əlini qoruyub himayə etməsini nəsihət edir. Əli belə buyurur: "Allaha and olsun ki, o gündən Fatimə həyatda olduğu son günə qədər onu hirsləndirəcək heç bir iş görməmişəm və heç bir şeyə onu məcbur etməmişəm. O da heç vaxt məni qəzəbləndirmədi və heç bir şeydə itaətsizlik etmədi. Həqiqətən nə vaxt ona baxsam kədər və qəmim dəf olar, gedərdi. Fatimə Əli ilə ailə həyatında evin işlərini görür, yemək və çörək hazırlayırdı. Əli isə ev xaricindəki işləri görər, yaşayış tələblərini yerinə yetirirdi.

loading...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 500
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Peyqembeimizin(s.a.s.) qizi bu qeder cetinlikler gorub eziyyetler cekib hamisinida sev-seve hec vaxt naraziliq etmiyib biz adi insanlarsa her bir seye qarsi naraziliq edib deyinirik,Rebbim gunahlarimizdan kecin bizi Hezreti xanim Fatiemyi Zehra anamizin her iki dunyamizdada qullarindan olmaqi nesib etsin Amin insallah
10 iyun 2016 23:15
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Totu
Gözel xeberdi Allah razi olsun
10 iyun 2016 18:56
2
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
yarpaq33
Esl muselman ailesi bele olmalidir
10 iyun 2016 12:39
1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv