HZ.Fatimə (s.ə)-ın övladları

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 414
Paylaş:
Səs ver:
(səs: 1)
Fatimənin Əlidən uşaqları olmuşdur. Həsən və Hüseyn adlı iki oğul, Zeynəb və Ümmü Gülsüm adlarında iki qızı olmuşdur. Tarix və siyər müəlliflərindən heç kim bu dörd övladın varlığı haqqında tərəddüd etməmişlər. Həsən Hicrətin 3-cü ilində Ramazan ayının ortasında, Hüseyn isə Hicrətin 4-cü ilində Şaban ayında dünyaya gəlmişdir. Şiə təzkirə müəllifləri və bir qrup Əhli-Sünnə alimləri Fatimənin Muhəssən (Möhsün) adlı bir oğlunun daha olduğunu yazmışlar. Hicrətin 236-cı ilində vəfat edən Qüreyş nəsil müəllifi Musəb Zübeyr Muhəssən (Möhsün) adını zikr etməmişdir. Ancaq Bəlazuri (Ölümü H.Q. 279) belə yazır: Fatimə Əli üçün Həsən, Hüseyn və Muhassən (Möhsün) adlı uşaqları dünyaya gətirmişdir. Muhassən (Möhsün) kiçik yaşda ölmüşdür. O, həmçinin belə yazır: Möhsün dünyaya gələndə Məhəmməd Fatimədən belə soruşdu: Ona nə ad qoydun? Dedi ki: Hərb. Buyurdu ki: Onun adı Muhəssəndir. Əli ibn Əhməd ibn Səid Əndəlusi (384-456) "Cumhurətu Ənsabul-Ərəb" adlı kitabında belə yazır: Muhəssən (Möhsün) kiçik yaşlarda öldü. Şeyx Müfid Əlinin Fatimədən olma uşaqları haqqında belə yazır: Həsən, Hüseyn, Zeynəbi-Kübra və künyəsi Ümmü Gülsüm olan Zeynəbi-Suğra." Bu babın sonunda isə belə yazır: "Şiələr deyirlər ki, Fatimə atasının ölümündən sonra bir uşağını saldı. Ona hamilə olduğu zaman onun adını Möhsün qoymuşdu." Təbəri isə belə yazır: "Deyirlər ki, Fatimənin Əlidən olma kiçik yaşda ölən Muhəssən adlı bir uşağı vardı". Şiə rəvayətlərində və bəzi Əhli-Sünnə kitablarında qeyd edildiyinə görə bu uşaq (Muhəssən) Məhəmmədin vəfatından sonra baş verən çəkişmə və xaos zamanı Fatimənin aldığı zərbə nəticəsində düşmüşdür.

loading...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 414
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allah yezidlere min lenet etsin Amin insallah
12 iyun 2016 15:18
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Totu
Maraqlı ve lazımlı xeberdi Allah razı olsun)
12 iyun 2016 14:51
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv