HZ.Fatimə (s.ə)-ın Fəzilətləri

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 1 978
Səs ver:
(səs: 0)
Əhməd ibn Hənbəlin "Müsnəd" əsərində bir neçə dəfə nəql edilən rəvayətlərin hamısının mahiyyətinə görə Məhəmməd, Təthir ayəsinin "إِنَّمَا یرِ یدُ اللَّـهُ لِیذْهِبَ عَنکمُ الرِّ جْسَ أَهْلَ الْبَیتِ وَیطَهِّرَ کمْ تَطْهِیرً" (Tərcümə: Ey Əhli-Beyt! Allah sizdən sadəcə günahı aradan qaldırmaq və sizi tərtəmiz etmək istəyir.) (Əhzab surəsi, 33-cü ayə) Nümunələri haqqında belə buyurmuşdur: "Fatimə, həyat yoldaşı və iki oğlu. Yenə "Səhabənin Fəzilətləri"ndə rəvayət edildiyinə görə Məhəmməd 6 ay boyunca səhər namazına getməzdən öncə Fatimənin evinin qarşısında dayanır və belə səslənirdi: "Ey Əhli-beyt! Namaz! Namaz! Ey Əhli-beyt! "Allah sizdən yalnız hər cür çirk və günahı aradan qaldırmaq və sizi tərtəmiz etmək istiyir "."

Müxtəlif Əhli-Sünnə mənbələrində Məhəmməddən nəql edildiyinə görə, Fatiməyə belə buyurub: "Həqiqətən, Allah sənin qəzəbinlə qəzəblənir və sənin xoş olmanla razı olur." ("ان الله یغضب لغضبک ویرضی لرضاک")

Əhli-Sünnə mənbələrinin Məhəmməddən nəql etdiyinə görə Fatiməyə belə buyurub: "Ey Fatimə! Aləmlərin qadınlarının, bu ümmətin və mömin qadınların ağası olmaqdan razısan?" "Aləmlərin qadınlarının ağası/seyyidətun nisail-Aləmin" xitabı Əli tərəfindən də Zəhra üçün məzarının başında deyilmişdir.

Fatimənin hədis alimi olması. Halbuki o, nə imamdır nə də peyğəmbər. Mühəddis: Bu yolların biri vasitəsi ilə müxtəlif əşyanın həqiqətini bilməkdir:

Allahdan, elmin ilham və muqaşifə yolu ilə ona verilməsi.
Və ya başqalarına gizli olan həqiqətlərin onun qəlbinə axması. Hakəza mühəddis: Mələyin səsini eşidər, amma onu görməz. Fatimənin Müshəfi də Fatimə ilə mələyin söhbətlərindən qeydlərdir. Fatimə o söhbətləri Əliyə deyər, Əli də yazardı. Müshəfdə halal və haramlar yer almır, ancaq gələcək şeylərin elmləri yer almaqdadır. Fatimənin Müshəfi haqqında bax.
Qurani-Kərimdə də Fatimənin fəzilətlərinə dəlalət edən ayələr var. Məsələn: Məvəddət ayəsi (Şura, 23), Mübahilə ayəsi (Ali İmran, 61), İta ayəsi (İnsan, 8 və 9). Əhli-sünnə və Şiə yolu ilə nəql edilən hədislərdə də Fatimənin fəzilətini ortaya qoyan hədislər gəlmişdir. Məsələn: Bida (Parça) Hədisi, Ənha Hədisi, Həssanət Hədisi, Buğz Hədisi, Ləvlakə Hədisi. Həmçinin Əhli-Sünnə nümayəndələrinin hər biri də Fatiməni bir şəkildə mədh ediblər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri