İmam Əli (əleyhİssalam))-ın haqqında qısa xəbər

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 2 568
Səs ver:
(səs: 2)
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎‎; d. 13 rəcəb H.Q.t.-dən 22 və ya 16 il əvvəl — 21 ramazan 40; M. 23 oktyabr 598/17 iyul 600, 20 sentyabr 601 və ya 17 iyul 607, Kəbə, Məkkə, Ərəbistan — 27 yanvar 661, Kufə, İraq, Ərəb Xilafəti) - Məhəmmədin əmisi oğlu[2], səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.

Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.[

Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, savaşlarda rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mәdinә mәscidindә xalq tərəfindən xəlifə seçilmişdir. 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.

İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri