Dua ibadətdir

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 1 818
Səs ver:
(səs: 2)
Dua sözünün mənası çağırış deməkdir. Dua edən öz Rəbbinə üz tutaraq Onu köməyə çağırır. Duaları qəbul edən, çağırışlara cavab verən yalnız Uca Allahdır. Dua ibadətdir. Odur ki, dua edən yalnız Allahdan istəməlidir. Allahdan qeyrisinə dua edib nəsə istəmək Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmaq isə günahların ən böyüyüdür.
Dua insanı Allaha yaxınlaşdıran ən gözəl ibadətdir. Peyğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: “Uca Allah üçün duadan daha əziz heç nə yoxdur”. (ət-Tirmizi, 3370, 3696).
Allaha doğru açılan əllər geriyə boş qaytarılmır. Allah Elçisi buyur­muş­dur: “Həqiqətən, sizin Rəbbiniz həyalıdır, səxavətlidir; əllərini Ona doğru qaldırıb dua edən qulunun əllərini boş qaytarmağa həya edər”. (Əbu Davud, 1490).
Allaha dua etdikdə üç şeydən biri baş verir. Peyğəmbər demişdir: “Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsil­məsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər”. Əbu Səid dedi: “Elə isə duaları çoxaldaq!” Allah Elçisi dedi: “Allah daha çox verəndir!” (əl-Buxari “Ədəbul-Mufrad” 710).
Allahdan nə qədər istəmək lazımdır? Allah Elçisi demişdir: “Biriniz Allahdan istədikdə, çox istəsin, çünki o, öz Rəbbindən istəyir”.
Tələsməyənin duası qəbul olunur. Peyğəmbər demiş­dir: “Biriniz “Mən dua etdim, am­ma duam qəbul olunmadı” deyərək tələs­mədikcə, duası qəbul olunar”. (əl-Buxari, 6340).
Ən fəzilətli dua hansıdır? Allah Elçisi demişdir: “Qulun “Allahım, Səndən dünya və axirətdə salamatlıq diləyirəm” (Allahummə inni əs'əlukəl-muafətə fid-dunyə vəl-əxirati) - duasından daha fəzilətli ediləcək heç bir dua yoxdur”.
Xoş gündə Allahı xatırla ki, Allah da səni dar gündə xatırlasın. Peyğəmbər buyur­du: “Kimi sıxıntı və kədər anında duasının qəbul olunması sevindi­rir­sə, qoy xoş günündə duasını çoxaltsın”.
Rədd olunmayan dualar
Allah Elçisi demişdir: “Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası”.
Allah Elçisi buyurdu: “İki dua rədd edilməz və ya nadir halda rədd edilər; azan veril­dik­də və döyüş meydanında düşmənlə qarşılaşdıqda edilən dua”. Həm­çinin, Pey­ğəm­bər dedi: “Və yağış vaxtı!”
Allah Elçisi buyur­du: “Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası”.
Peyğəmbər demiş­dir: “Üç nəfərin duası rədd edilməz; Allahı çox xatırlayanın, məzlumun və ədalətli rəhbərin duası”.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri